SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada qarşıda duran vəzifələr müzakirə olunub

27-07-2017, 13:24 | Oxunub: 14 908 |

Naxçıvanda Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada qarşıda duran vəzifələr müzakirə olunub
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2017-ci ilin ilk 6 ayı ərzində öz fəaliyyətini gücləndirib, qanunvericilikdən, Əsasnamədən və iş planından irəli gələn vəzifələri həyata keçirib.

Hesabat dövründə dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət olunub, 3 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 3 qərarı ləğv etdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən bildirilib ki, bu sözləri komissiyada keçirilən kollegiya iclasında qurumun sədri İsmayıl Qəribli deyib.

İsmayıl Qəribli qeyd edib ki, komissiya Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq şəraitində həyata keçirilməsini təşkil edir. Hazırda komissiya tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin tutulması üçün elan edilmiş müsabiqəyə sənəd qəbulu davam edir. Müsabiqəyə 49 dövlət orqanından 642 vakant vəzifə çıxarılıb ki, onlardan 1-i inzibati vəzifələrin dördüncü, 22-si inzibati vəzifələrin beşinci, 93-ü inzibati vəzifələrin altıncı, 526-sı isə yeddinci təsnifatına aiddir. Hesabat dövründə bir sıra dövlət orqanları üçün daxili müsabiqələrin, həmçinin şöbə və sektor müdiri vəzifələrinin tutulması üçün test imtahanlarının keçirilməsi təmin olunub.

İlin birinci yarısında muxtar respublikada fəaliyyət göstərən dövlət qulluqçularının Dövlət Qulluqçularının Reyestrinə daxil edilməsi işi həyata keçirilib, 2419 dövlət qulluqçusu barədə məlumatlar reyestrə daxil olunub. Dövlət qulluğunda çalışan şəxslərin 26 faizini gənclər, 22,5 faizini qadınlar təşkil edib. Komissiyanın test bazasının yeni suallarla zənginləşdirilməsi və testlərin ekspertizasının davam etdirilməsi diqqətdə saxlanılıb, test bazasında olan suallar qanunvericiliyə edilən dəyişikliklərə uyğunlaşdırılıb, 590 yeni test tapşırığı tərtib edilərək ekspertizadan keçirilib və test bankına əlavə olunub.

Diqqətə çatdırılıb ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin icra edilməsi məqsədilə Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün tədris ili ərzində komissiyanın təcrübəli əməkdaşları tərəfindən ayda iki dəfə açıq dərslər keçilib, komissiyanın inzibati binasında tələbələr üçün təcrübə təşkil edilib.

“Dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların öyrədilməsi ilə bağlı maarifləndirici tədbirlər hesabat dövründə diqqət mərkəzində saxlanılıb. Keçirilən seminarlarda, ümumilikdə, inzibati vəzifə tutan 152 dövlət qulluqçusu iştirak edib. Bundan başqa, digər mərkəzi icra hakimiyyəti orqanları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri gücləndirilib”, – deyən İsmayıl Qəribli bildirib ki, dövlət orqanlarının kadr qurumları ilə mütəmadi əlaqə saxlanılıb, dövlət qulluqçularının şəxsi işlərinin və reyestrin aparılması qaydası, ixtisas dərəcələrinin verilməsi və digər məsələlərlə bağlı metodik köməklik göstərilib.

Sonra komissiyanın şöbə müdiri Mahir Abbasov, şöbə müdiri vəzifəsini icra edən Samiq Salayev və sektor müdiri Türkan Gülməmmədli məruzə ətrafında çıxış ediblər.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR