18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycana 59 ton heroin gətirilib - İrandan
İrandan Azərbaycana gətirilən heroinin həcmi 40 tondan 59 tona yüksəlib.
Bu barədə məlumat "İndependent” tərəfindən verilib. Məlumata görə, nəşr ABŞ-ın Bakıdakı səfirliyinin 12 iyun tarixli teleqramına istinad edir. KİV-in əlinə keçmiş teleqramda deyilir ki, İrandan Azərbaycana narkotrafik artıb.
Amerika diplomatlarının informasiyasına əsasən, Azərbaycana narkotik maddələrin 95%-i İrandan gətirilir. Buradan isə onun, demək olar ki, hamısı Avropa bazarına yollanır. Teleqramda deyilir ki, İran dünyanın ən iri narkotik ticarəti aparılan ölkələrindəndir. O, Əfqanıstanda istehsal edilən narkotik maddələrin ən fəal alıcısı, heroin üzrə isə ən iri istehsalçılardandır.
İranın xarici ölkələrə narkotik maddələrin çatdırılması üçün İraqın Nəcəf şəhərinin hava limanından istifadəı etdiyi iddia olunur. Bildirildiyinə görə, bu hava limanında İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri yoxlanılmır.