18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DEPUTATIN FABRİKİNDƏ PARTLAYIŞ – Ölən və yaralananlar var (ADLAR)
Lerik rayonunda broyler fabrikində baş verən partlayış nəticəsində ölən və yaralananların adları məlum olub.
Emtv.az-ın apa-ya istinadən məlumatına görə, hadisə nəticəsində fabrikdə işləyən, Lerikin Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib.
Partlayış nəticəsində daha iki nəfər – 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanov xəsarət alıblar.
* * *
Lerik rayonunda broyler fabrikində partlayış olub.
Hadisə Piran kəndi ərazisində qeydə alınıb.
Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub. Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Qeyd edək ki, Piran kəndindəki “Lerik Broyler” MMC adlı şirkətin millət vəkili İqbal Məmmədova məxsus olduğu bildirilir. Bu broylerlə bağlı mətbuatda bu günə qədər dəfələrlə yazılıb. Hələ ötən il “Qaynarinfo”ya şikayət edən kənd sakinləri millət vəkilinə məxusus broylerin ətraf mühiti çirkləndirdiyini bildirir, ekologiyaya ziyan vurmaq, xəstəlik yaymaqla məşğul olduğu deyilirdi. Əslində bu quşçuluq fabriki Lerikin başqa ərazisində tikilməli imiş. Amma İqbal Məmmədov hansısa səbəbdən onun Piran kəndində tikilməsinə qərar verib. Hətta tikintidən əvvəl millət vəkili sakinləri aldatmağı da unutmayıb. Belə ki, kənd sakinlərinə burda şirə sexininin inşa olunacağı bildirilib. Amma sonradan – özü də dövlətin kəndlilər üçün ayırdığı pay torpağında quşçuluq fabriki tikilib.