18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
SON 10 İLDƏ 125 MİLYARD DOLLAR İSRAF EDİLİB - Haralara xərclənib?
Emtv.az xəbər verir ki. iqtisadçı alim Qubad İbadoğlu öz “feysbuk” səhifəsində ölkədə maliyyə böhranının yaranmasının səbəblərindən birini açıqlayıb. Həmin yazını təqdim edirik.
Yoxsulluq gəlmədən öncə zənginliyin qədrini bilin
Böhran başlayandan “dolana bilmirəm”, “borc xirtdəyə çıxıb”, “qazancım xərclərimi ödəmir” kimi ümidsiz ifadələri çox eşidirəm. Bunun başlıca səbəblərindən biri də israfçılıq və bədxərclikdir. Atalar yaxşı deyib ki, qənaətlə dolanan heç vaxt kasıb olmaz. Eyni zamanda onu da bilməliyik ki, qənaət digərlərinin ehtiyaclarının ödənilməsi üçün alternativ mənbədir. Odur ki, bu yazımda dövlət və fərd olaraq Azərbaycanda müşahidə olunan israfçılığa münasibətimi təqdim edirəm.
Dövlət olaraq son 15 ildə yalnız neft-qaz satışından əldə etdiyimiz gəlirlər 160 milyard dollardan çoxdu ki, onun da 130 milyardı bu illər ərzində Dövlət Neft Fondunda toplanıb, amma həmin vəsaitin artıq 95 milyarda qədəri xərclənib. Yerdə qalan 30 milyard dollardan çox vəsait isə Dövlət Neft Şirkəti və Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən dövlət büdcəsinə ödənilib. Beləliklə də bu günə qədər bütün mənbələrdən əldə edilən 160 milyard dolardan çox neft-qaz gəlirlərindən saxlanılan 36 milyard dollardır. Yerdə qalan 125 milyard dolların xeyli hissəsi isə son 10 ildə əsasən qeyri-kommersiya xarakterli, mənfəətsiz nəqliyyat və sosial-mədəni, idman təyinatlı infrastukturun formalaşmasına xərclənib, bir sözlə onun böyük hissəsi də şişirdilmiş layihələr hesabına israf olunub.