SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

130 milyardlıq peşmançılıq... Hökumət neft pullarını hara xərcləyib? - Fakt

6-07-2017, 14:39 | Oxunub: 10 196 |

130 milyardlıq peşmançılıq... Hökumət neft pullarını hara xərcləyib? - Fakt
Emtv.az-ın məlumatına görə, 2001-2016-cı illər ərzində Dövlət Neft Fondunda neft-qaz satışından və sair mənbələrdən daxilolmaları 130,8 milyard ABŞ dolları olub.

Ulus.Az-ın İqtisadiyyat Şöbəsi xəbər verir ki, bu vəsaitin təxminən 33,15 milyard ABŞ dolları və ya 25,3 faizi yığıma yönəldilib. Yerdə qalan 97 milyard 650 milyon dolları və ya 74,7 faizi xərclənib.

Beləliklə də xərclənmiş neft pulları bu günkü məzənnə ilə 166 milyard manat təşkil edir ki, bu da adambaşına 16 min manat neft gəlirinin artıq xərcləndiyi deməkdir.

Yəni həmin pul xərclənməyib yığım kimi elə dollarla saxlanılsa idi, hətta ondan əlavə dəyər yaranmasa da belə 5 nəfərlik ailəyə hazırkı kursla 80 min manat vəsait çatardı.

Azərbaycanda isə neft gəlirlərinin səbatsız, amma məqsədli idarəedilməsi nəticəsində kiçik qrup milyonlara, hətta bəziləri milyardlara sahib oldu, sıravi vətəndaşlar isə hələ uzun müddət banklara olan min manatlarla borclarların girdabında çabalamaqdadır.

Onu da deyək ki, Azərbaycan prezidenti İlham Əliyev bu il mayın 12-də Dövlət Neft Fondu vəsaitlərinin 2017-ci ildəki əsas xərc istiqamətləri və investisiya siyasəti ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət büdcəsinə transfertlər və makroiqtisadi sabitliyin təmin edilməsindən ötrü Mərkəzi Banka transfertlər əsas xərc istiqaməti olacaq.

Neft Fondunun vəsaitləri həmçinin Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə, Cənub Qaz Dəhlizi layihələrinin maliyyələşməsinə və gənclərin xarici ölkələrdə təhsilinə yönəldiləcək.

Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. O vaxtdan Fonda 125 milyard dollardan çox vəsait daxil olub.

Fondun aktivləri hazırda 33 207,2 mln. ABŞ dollarına bərabərdir. Biz vətəndaşlara nağd pul verib, onları təmbəlləşdirə bilərik, amma neft pulları tükənən zaman vəziyyət necə olacaq?

Daha məqsədəuyğun olanı məhz iqtisadiyyatın mərhələli inkişafı hesabına insanların gəlirlərinin artmasına nail olmaqdır.


Sahibkarlar fəliyyətinin genişlənməsi, dövlət qulluqçusu əmək haqqının artması hesabına gəlirlərini artıra bilərsə, bu, daha davamlı olar. Gəlirlərin belə artımı neft gəlirlərilə əlaqəli olmayacaq və təbii ki, daha dayanıqlı olacaq.

Digər tərəfdən neft gəlirləri hökuməti, eləcə də cəmiyyəti tənbəlləşdirir. Bu halda resursların lənətlənməsi tək hökuməti deyil, eyni zamanda əhalini də tutacaq.

Ona görə də, neft sahəsindən əldə olunan gəlirin birbaşa vətəndaşlara paylanaması arzuolunan hal deyil.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR