17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Bu il rekord sayda müraciət daxil olub” – Nazirlik
“Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsinin ikinci günüdür. İmtahanda artıq 6 minə yaxın şəxs iştirak edib”.
Emtv.az-ın apa-ya istinadən xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.
O bildirib ki, imtahanlar avqustun 5-dək davam edəcək: “Bu il nazirliyə rekord sayda müraciət daxil olub. Müəllim adını qazanmaq istəyənlərin sayı 50 minə yaxındır. Onlardan 47 mini elektron ərizəsini təsdiq edib və imtahanlara dəvət olunub. İlk günlər ibtidai sinif müəllimliyi üzrə sənəd verənlər imtahanlara dəvət olunur”.
E. Bağırov qeyd edib ki, bu il müsabiqəyə minlərlə vakansiya təqdim olunub: “Vakant yerlərin böyük hissəsi ibtidai sinif müəllimliyi üzrədir. Azərbaycan dili-ədəbiyyat, riyaziyyat, ingilis dili fənləri üzrə isə vakansiyalarda rəqabət daha çox olacaq”, – nazirlik rəsmisi vurğulayıb.
Emtv.az