17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Komitə hərrac keçirdi, 25 dövlət əmlakı özəlləşdirildi
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.
Hərracda özəlləşdirilən əmlaklardan 7-si kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri-yaşayış sahəsi, 7-si isə nəqliyyat vasitəsidir.
Bakı şəhəri üzrə 2 kiçik dövlət müəssisəsi, 9 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 5 kiçik dövlət müəssisəsi və 2 istifadəsiz qeyri-yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib. Özəlləşdirilən əmlaklar, ticarət, təsərrüfat, təchizat sahəsinə aid olub.
Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakının Sabunçu, Nizami rayonlarında, regionlardan isə Gəncə, Mingəçevir şəhəri və Xaçmaz, Cəlilabad, Neftçala rayonlarında yerləşir.
Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nizami rayonunda yerləşən "Samirə” kiçik dövlət müəssisəsi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 920 kv.m, torpaq sahəsi isə 968 kv.m təşkil edir.
Hərracda xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Bakının Sabunçu rayonunda yerləşən 1 saylı təsərrüfat malları mağazası bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 179,1 kv.m təşkil edir.
Paytaxtla yanaşı, regionlarda da özəlləşdirilən kiçik dövlət müəssisəsi orta və kiçik sahibkarlığın inkişafına imkan verə biləcək əmlaklardır. Gəncədə yerləşən 105 saylı mağaza, Mingəçevirdə "Arzu” çayxanası, Xaçmazda 12 saylı mağaza, Neftçalada Ticarət obyekti bu kateqoriyaya aid olmaqla sahibləri üçün gələcəkdə yaxşı qazanc gətirə bilər.
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Cəlilabad rayonunda yerləşən Təchizat sahəsi aiddir. Həmin əmlakın ümumi faydalı sahəsi 285 kv.m, torpaq sahəsi isə 18 min 409 kv.m təşkil edir.
Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 9-u paytaxtda, 2-i isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyekti müvafiq olaraq Binəqədi, Yasamal, Nizami, Xətai və Nərimanov rayonlarındadır. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə Sumqayıt şəhərində yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 15,5 kv.m ilə 107,1 kv.m arasında dəyişir.
Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək satış qiyməti Bakıının Xətai rayonunda yerləşən əmlakda qeydə alınıb. Həmin əmlakın ümumi sahəsi 125 kv.m təşkil edib. Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Sumqayıt şəhərində yerləşən sahəsi 23,5 kv.m olan qeyri-yaşayış sahəsidir.
Hərracda müxtəlif markalı nəqliyyat vasitələri də özəlləşdirilib. Nəqliyyat vasitələrinin hərracı rəqabətli şəkildə keçib. Kia Sportage markalı avtomobilin ilkin satış qiyməti 4000 min manat olsada ən son qiymət 7 min manat təklif olunub.
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 1 avqust tarixində keçiriləcək.
Emtv.az