18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İRAN-SƏUDİYYƏ QARŞIDURMASI – Yaxın Şərqdəki soyuq müharibə və xaos
Yaxın Şərqi qanlı müharibələr və hakimiyyət uğrundakı pərdəarxası qizli münaqişələr didib parçalayır. Bu münaqişələrin müxtəlif cür görünməyinə baxmayaraq, onları hansısa ümumi cəhətlər birləşdirir. Bunlar İran və Səudiyyə arasındakı vasitəli müharibənin elementləridir. İndi ABŞ və Rusiya da bu mübarizəyə qoşulur. Əgər ümumi mənzərəni bir qədər sadələşdirsək, onda deyə bilərik ki, İran və Səudiyyə Ərəbistanı arasındakı münaqişə 1979-cu il İran inqilabından sonra başlayıb. Bu inqilab Səudiyyə Ərəbistanı və Fars Körfəzindəki digər sünnü dövlətləri bərk narahat edib. Çünki bu dövlətlər öz daxillərindəki şiə azlığını sıxışdırır və onlardan heç biri İranda olduğu kimi şiələrin nə vaxtsa üsyan qaldırmasını qətiyyən istəmir.
2003-cü il İraq müharibəsindən sonra Səddam Hüseyn rejimi çökdü və regionda bir vakkum yarandı. Səudiyyəlilər hesab etdilər ki, İraqdakı qarmaqarışıqlıq onların oyuna qoşulmaq şansıdır və bu boşluğu doldurmaq və İrana qarşı güc rolunda çıxış etmək lazımdır. Yaxın Şərqi xaosa bürüyərək rejimlərin dəyişilməsinə və yeni səviyyədə oyunlar üçün imkanlar açan “Ərəb baharı” fonunda İran və Səudiyyə Ərəbistanı arasındakı münaqişə ciddi şəkildə kəskinləşdi.
Əsasən bir-biriylə dinc və əmin-amanlıq şəraitində yaşayan islam dininin iki cərəyanının həm İrandakı və həm də Səudiyyə Ərəbistanındakı rəsmi nümayəndələri, sünnülər və şiələr arasındakı ziddiyyəti qızışdırdılar. İndi onlar hakimiyyət, torpaq və pul uğrunda mübarizənin içinə salınıblar.
Bu qarşıdurma zaman-zaman açıq şəkildə gedir. Belə ki, iranlı nümayişçilər səudiyyə səfirilyinə hücum çəkəndə və ya silahlı adamlar Tehrandakı bir neçə obyektdə terror aktı törədəndə, qarşıdurmanın şiddətinin hansı səviyyəyə çatması aydın olur. Hazırda Səudiyyə Ərəbistanı və İran bütün region üzrə münaqişədə iştirak edən müxtəlif tərəfləri maliyyələşdirir və onları silahlandırırlar.
- Suriya
Suriayada vətəndaş müharibəsi kimi başlayan hadisələr indi mürəkkəb döyüş meydanına çevrilib. Bu meydanda təsir uğrundə bir-biri ilə mübarizə aparan və maraqları toqquşanlar arasında ABŞ, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı və İran kimi dövlətlər yer alırlar. İran Bəşər Əsəd rejimini dəstəkləyir. O, müxalifətlə döyüşmək üçün bu ölkəyə özünün elit silahlı dəstələrini yollayır. Digər tərəfdən İran Livandakı hərbiləşdirilmiş “Hezbolla” təşkilatına kömək edir. “Hezbolla” hal-hazırda Bəşər Əsədin tərəfində döyüşür. İran, həmiçinin Suriya müharibəsində iştirak edən digər şiə qruplaşmalarını maliyyələşdirir və silahlandırır.