17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Səudiyyə Ərəbistanı “Qatar Airways” şirkətinin lisenziyasını ləğv etdi
Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsi “Qatar Airways” şirkətinin lisenziyasını ləğv edib və şirkətin əmirlikdəki ofisini iki günə bağlamaq barədə əmr verib.
Emtv.az report-a istinadən xəbər verir ki, bu barədə Mülki Aviasiya İdarəsinin bəyanatında deyilir.
Xatırladaq ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terror təşkilatlarına dəstək verməkdə və Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək Doha ilə diplomatik əlaqləri kəsib. Bunun ardından Liviya, Yəmən, eləcə də Maldiv adaları və Mavriki də Qətər ilə münasibətlərini kəsdiklərini elan edib.
Qətər və qonşuları arasındakı münaqişə Ər-Riyadda Fars körfəzi ölkələri və ABŞ arasında baş tutan sammitdən bir həftə sonra baş verib. Hər şey Qətərin xəbər agentliyində ölkənin əmiri adından İranla münasibətlərin yaxşılaşdırılmasına səsləyən çıxışın dərc edilməsindən başlayıb. Çünki sammit zamanı Səudiyyə Ərəbistanı hökuməti bütün qonaqlar adından Tehranı düşmən siyasətinə görə pisləyib və adekvat cavab verəcəyi ilə hədələyib.
Daha sonra Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi agentliyin saytının hakerlər tərəfindən sındırıldığını və əmirin adından olan çıxışı məhz hakerlərin yerləşdirdiyini bildirib. Lakin Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn bu təkzibi inandırıcı saymayıb.
Emtv.az