17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ərəb ölkələri bir-bir Qətərlə diplomatik əlaqələri kəsir
Qətər 4 ərəb ölkəsi – Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misirin Doha ilə əlaqələrini kəsməsindən, təsdiqini tapmayan məsələlərlə bağlı belə bir qərarın verilməsindən təəssüfləndiyini bəyan edib.
Bu barədə Qətər Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Bəyanatda deyilir: “Biz əlaqələrin pozulması barədə verilən qərarlardan təəssüflənirik. Bu addımların arxasında heç bir ciddi arqument yoxdur və irəli sürülən iddialar öz təsdiqini tapmayıb”.
Bununla belə Doha bəyan edib ki, ərəb ölkələri tərəfindən Qətərə qarşı tətbiq edilən qərarlar ölkə əhalisinin həyat tərzində hansısa formada təsir etməyəcək. Qətər bununla bağlı müvafiq addımlar atacaq.
Qeyd edək ki, 4 ərəb ölkəsi Qətəri terrorizmi dəstəkləməkdə, bölgədə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, Doha ilə diplomatik əlaqələrini kəsdiklərini bəyan ediblər.
Onu da nəzərinizə çatdıraq ki, “Sabanews”a xəbər verir ki, 4 ərəb ölkəsinin ardınca Yəmən və Liviya da Qətərlə diplomatik əlaqələrini pozub. Yəmən hökuməti Doha ilə əlaqələrinin pozulmasını şiə husistləri dəstəklədiyinə və ölkənin sabiq prezidenti Ali Abdalle Salehini devrilməsi ilə izah edib.
“Sky news arabia”nın verdiyi məlumata görə, Yəmənin ardınca Liviya da Qətərlə diplomatik əlaqələrini kəsdiyini bəyan edib.
Emtv.az