18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
RUSİYA ORDUSU NEFT KƏMƏRİMİZİ NƏZARƏTİNƏ KEÇİRDİ! – “Məqsəd SSRİ-nin sərhədlərini bərpa etməkdir”
Separatçı Cənubi Osetiya regionunda dislokasiya olunmuş Rusiya hərbi qüvvələri Gürcüstanın Kaspi rayonunun Karapila kəndi istiqamətində “sərhədlərin demarkasiyası” adı altında irəliləyərək Azərbaycanın Bakı-Supsa ixrac neft kəmərinin bir hissəsini öz nəzarəti altına alıb. Emtv.az xəbər verir ki, bu barədə “Rezonansi” qəzeti yazır. Məlumatı Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti təsdiqləyib.
Bildirilir ki, Rusiya hərbçiləri Orçosani kəndi istiqamətindən irəliləyərək “sərhəd dirəklərini” Karapila kəndinə tərəf , Tortla çayı boyu basdırıblar. Nəticədə Bakı-Supsa neft kəmərinin bir hissəsi tikanlı məftillərin o biri tərəfində qalıb. Gürcüstan XİN bu addımı Rusiyanın “işğalçılıq siyasətinin davamı” və “təxribat” adlandırıb, beynəlxalq partnyorları ilə bu qanunsuz addımın qarşısını almağa çalışacaqlarını bəyan edib. “Biz bundan əvvəlki faktlar kimi bunu da çox ciddi qiymətləndiririk, partnyorlarımızla birlikdə bunun qarşısını almağa çalışırıq. Bu, bizim fəal şəkildə yürütdüyümüz siyasətdir”-xarici işlər naziri Mixail Canelidze bildirib.
Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri İrakli Sesiaşvili isə deyib ki, Bakı-Tblisi-Supsa neft kəməri ilə bağlı risklər layihənin planlaşdırılmasında nəzərə alınıb və alternativ variantlar var. Qəzetin yazdığına görə hakimiyyət bu riskləri mümkün qədər azaltmaq üçün beynəlxalq tərəfdaşlarla işləyir.
Briqada genealı, hərbi-siyasi məsələlər üzrə analitik Amiran Salukvadze isə rusların irəliləməsini şərh edərkən deyib ki, məqsəd SSRİ dövrünün sərhədlərini bərpa etməkdir. “Karapila kəndi bu sərhədin yaxınlığındadır.
Rusiya hərbçilərinin tanınmamış Cənubi Osetiya “respublikasının” inzibati sərhədlərinin demarkasiyasına yönəlmiş işlərə bir neçə gün əvvəl başladıqları bildirilir. “Rustavi-2” telekanalının xəbərinə görə hələ ötən həftə Karapila kəndi yaxınlığında “sərhəd zolağı” şumlanıb. Yerli sakinlərin bildirdiyinə görə, ruslar onlara deyiblər ki, şumlanmış zolaq yanğınların yayılmasının qarşısını almaq üçündür. Lakin şumlanmış zolaqlar Şida-Kartli regionunun digər yerlərində də iyulun əvvəllərindən başlayaraq meydana çıxmağa başlayıb.