18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bu il qanunsuz dini təbliğat aparan 138 nəfər saxlanılıb, bir fakt üzrə cinayət işi başlanıb
Bu ilin 6 ayı ərzində "Dini etiqad azadlığı haqqında" Qanunun tələblərini pozaraq qeyri-qanuni təbliğat apardıqlarına görə 138 nəfər saxlanılaraq şəhər-rayon polis şöbələrinə gətirilib.
Emtv.az xəbər verir ki, bu barədə apa-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, onlardan 1066 ədəd dini ədəbiyyat, 102 ədəd CD və DVD, 16 ədəd audio kaset, 94 ədəd jurnal aşkar edilərək götürülüb.
Görülmüş tədbirlər nəticəsində 1 fakt üzrə cinayət işi başlanılıb.
Götürülmüş dini təyinatlı ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.
Qeyd olunub ki, DİN-in təmsilçiləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Baş Prokurorluğun və digər dövlət qurumlarının nümayəndələri ilə birlikdə ictimaiyyət arasında radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri, bu sahədə mübarizənin hüquqi əsasları barədə maarifləndirmə işlərinin aparılması məqsədi ilə zonalar üzrə konfranslar keçirblər.
Emtv.az