17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda torpaqların elektron kadastrı yaradılır
Muxtar respublikada bütün kateqoriyalı torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi istiqamətində işlər davam etdirilir.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, Şərur və Babək rayonlarının bir neçə kəndində torpaq sahələrinin elektron taxeometr vasitəsilə planlama işləri başa çatıb. Son olaraq Naxçıvan şəhərinin 1-ci və 2ci inzibati ərazi dairələrində və Şərur rayonunun Təzəkənd və Yengicə kəndlərində mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin ölçüləri sərhədlərin konfiqurasiyası dəqiqləşdirilib, torpaqların növləri üzrə kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişikliklər müəyyən edilib. Hazırda Naxçıvan şəhərində 3-cü inzibati ərazi dairəsində və Şərur rayonunun Zeyvə-Düdəngə kəndlərində bu istiqamətdə işlər görülür.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2 aprel 2016-cı il tarixdə “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Bu Fərmana əsasən 23 fevral 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı təsdiq edilib.Tədbirlər Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi məqsədilə işlər görülür.