SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Talan edilən milyonlar dövlətə qaytarılır: Qərar necə olacaq?

18-07-2017, 15:29 | Oxunub: 6 218 |

Talan edilən milyonlar dövlətə qaytarılır: Qərar necə olacaq?
Xəbər verdiyimiz kimi ləğv olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu 2 milyon 25 min manatı geri ödəyib. Yayılan məlumatlarda göstərilir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verən hadisələr zamanı həbs olunan digər şəxslərə də dövlətə vurduqları zərəri ödəməsi şərt kimi qoyulub. Qeyd edək ki, istintaqın gedişində dövlət ittihamçısı təqsirləndirilən Beytulla Hüseynovun 15 il, Vidadi Zeynalovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ittihamda dövlətə dəymiş zərərin 7 milyon 335 min manat olduğu göstərilirdi. V.Zeynalov dövlətə vurduğu 2 milyon 25 min manatı ödəyərək dövlətə vurduğu zərəri tam şəkildə ödəmiş olub. Beləliklə, Vidadi Zeynalov artıq dövlətə borclu görünmür və bundan sonra barəsində veriləcək qərarda bu amilin rolunun böyük olacağına ümid edir.

Bu günlərdə yayılan məlumatlara görə isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri və onunla birgə ittiham olunan şəxslər dövlətə vurduqları ziyanı tam olaraq ödəyiblər. Son olaraq “Azərpoçt”un sabiq rəhbəri Qəmbər Bəybalayev dövlətə vurduğu 2 milyon manat ziyanı tam olaraq ödəyib. Bu vəsaitləri ödəməkdə Q.Bəybalayevə yaxın çevrəsinin kömək etdiyi bildirilir. Qeyd edək ki, Q.Bəybalayev son məhkəmə prosesində nazirliyin nümayəndəsinin ödənişlər üçün vaxt istəməsinə etiraz edib. Q.Bəybalayev heç bir zaman paket almadığını, paylamadığını, dövlət vəsaitini mənimsəmədiyini, hər zaman kişi kimi istədiyini deyib. Dövlətə vurduğu zərərin ödənilməsi üçün isə pulunun olmadığını, ancaq pulu sabiq nazir Əli Abbasovdan alıb qaytara biləcəyini bildirib.

Ancaq bütün bu deyilənlərə baxmayaraq Q.Bəyabalayev dövlətə vurduğu 2 milyon manat ziyanı tam şəkildə ödəyib. Təbii ki,vəsitlərin geri ödənilməsinin həbs olunan şəxsləri azadlığa çıxarıb-çıxarmayacağı müzakirə olunan məsələdir.

Talan edilən milyonlar dövlətə qaytarılır: Qərar necə olacaq?

Emtv.az xəbər verir ki, Vəkil Əsabəli Mustafayev bu məsələnin hüquqi tərəfini “Cümhuriyət” qəzetinə şərh edərkən deyib ki, qanunda dəymiş ziyanın ödənilməsi azadlığa çıxmaq üçün əsas göstərilməyib: “Bildirilir ki, bundan sonra qanunda dəyişiklik olunacaq ki, əgər dəymiş ziyan ödənilirsə, şəxs azadlığa çıxa bilər. Qanunda dəyişiklik olunacaqsa, bu yüngülləşdirici hall kimi tətbiq oluna bilər. Çünki yüngülləşdirici halların geriyə qüvvəsi var. Ancaq hal-hazırda zərərin ödənilməsi əsas deyil ki, bu adam azadlığa çıxsın”.

Digər maraqlı məqam isə həbs olunanların bu vəsaiti hardan almalarıdır.
Talan edilən milyonlar dövlətə qaytarılır: Qərar necə olacaq?

Emtv.az xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət” qəzetinə açıqlamasında bu vəziyyəti tragikomik durum adlandırıb: “Bu şəxslər ona görə həbs olunub ki, vəzifələrindən sui-istifadə edərək xalqın, ölkənin sərvətlərini talayıb, dövlət büdcəsinə ziyan vurub, korrupsiya ilə, talançılıqla məşğul olublar. Və acınacaqlı hala baxın ki, eyni şəxslər taladıqları, oğurladıqları, rüşvət yolu ilə vətəndaşdan aldıqları pullarla büdcəyə vurduqları ziyanı ödəyirlər. Həqiqətən də analoqu olmayan bir ölkədə yaşayırıq.

Deməli, vaxtı ilə onları vəzifəyə gətirən hökumət, sonra həmin şəxsləri həbs etdi və indi də dövlət büdcəsinə vurduqları zərəri oğurladıqları pullarla ödətdirir. Yəqin ki, bir çoxu da həbsdən azad ediləcəklər. Azərbaycanda korrupsiyanın, talançılığın, məmur özbaşınalığının kökünü kəsmək bir neçə məmuru, naziri həbs etməklə mümkün olmayacaq. Ölkədə şəffaf idarəetməyə keçidin tək yolu köklü dəyişikliklərə gedilməsidir. İnsanlar vəzifəyə qohumluq əlaqələrinə görə, böyük rüşvətlərlə gətirilməməlidir. Vəzifəyə savadlı, intellektual, vicdanlı, vətəni, dövləti, vətəndaşı sevən insanlar təyin olunmalıdır”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR