18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Naxçıvanlı boksçular beynəlxalq turnirdə üç medal qazanıblar
Türkiyənin İqdır şəhərində keçirilən “15 iyul – şəhidlər gecəsi” beynəlxalq boks turnirində Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının 4 idmançısı iştirak edib.
EMTV.az yerli mətbuata istinadən xəbər verir ki, beynəlxalq turnirdə ev sahibi Türkiyə ilə yanaşı, Ukrayna, Özbəkistan, Qazaxıstan və Gürcüstan boksçuları da mübarizə aparıblar. İdmançılarımızdan ən uğurlu nəticəni İbrahim Cəfərzadə və Məhəmməd Məmiyev qazanıb. Onlar bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Digər boksçumuz Rasim Rzayev isə yalnız finalda məğlub olaraq ikinci yerlə kifayətlənib. Turnirdə 2 qızıl və 1 gümüş medal əldə edən boksçularımızın çıxışı yerli idmansevərlər tərəfindən alqışlarla qarşılanıb.
Sonda qalib idmançılara təşkilatçılar tərəfindən diplom və medallar təqdim olunub.
Qeyd edək ki, boksçumuz İbrahim Cəfərzadə iyulun 26-da Türkiyənin Samsun şəhərində keçiriləcək boks üzrə peşəkarlar arasında Avropa çempionatında mübarizə aparacaq.
EMTV.az