SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Dövlət qurumlarında təyinat gözləyən yüksək vəzifələr - SİYAHI

18-07-2017, 07:11 | Oxunub: 7 524 |

Dövlət qurumlarında təyinat gözləyən yüksək vəzifələr - SİYAHI
Son vaxtlar Azərbaycanda bir neçə məmur vəzifəsindən kənarlaşdırılıb. Bəzi məmurlar isə struktur islahatları zamanı öz postu ilə vidalaşmalı olublar.

EMTV.az yerli mətbuata istinadən xəbər verir ki, modern.az ayrı-ayrı dövlət qurumlarında boş qalan yüksək vəzifə yerlərini dəqiqləşdirməyə çalışıb.

Hazırda Prezident Administrasiyasında bir neçə belə vəzifə təyinat gözləyir. Dövlət başçısı İlham Əliyevin bu il iyunun 1-də struktur islahatları ilə əlaqədar imzaladığı sərəncamlardan irəli gələrək, Prezident Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçi – şöbə müdiri Kamal Abdulla, Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə tutduqları vəzifələrdən azad olundular.

Kamal Abdulla bundan sonra Azərbaycan Dillər Universitetinin rektoru təyin edildi.

Struktur islahatları nəticəsində Prezident Administrasiyasında İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsi də yaradıldı.


Hər üç şöbəyə müdir təyinatı hələ ki gerçəkləşməyib.
İyunun 8-də günorta saatlarında İstanbulun "Florence Nightingale” klinikasında Azərbaycanın energetika naziri Natiq Əliyev vəfat edib. Onun yerinə isə hələlik heç bir təyinat olmayıb. Yeni energetika nazirinin kim olacağı maraq doğurur…
Azərbaycan prezidenti İlham Əliyevin bu ilin iyulun 1-də imzaladığı sərəncamla Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad edilib.
İbrahim Mehdiyevin vəzifəsindən uzaqlaşdırılmasına səbəb "Sovetski”dəki Hacı Cavad məscidinin söküntüsü olub.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısının tapşırığının əksinə olaraq, yeni binanın tikintisi başa çatmamış Hacı Cavad məscidinin sökülməsi barədə özbaşına qərar verildiyini deyib.
"Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş verib", - deyə Əli Həsənov qeyd edib.


Prezidentin köməkçisi diqqətə çatdırıb ki, bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı artıq tutduğu vəzifədən azad edilib.

İbrahim Mehdiyevin yerinə hələlik heç bir təyinat yoxdur.

Ölkə başçısının 11 iyulda imzaladığı sərəncamla Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilib.
Buna səbəb isə Novruzəli Orucovun oğlu Rüstəm Orucovun avtobus sürücüsünə qarşı xuliqanlıq etməsi olub.

Bu vəzifəyə də heç bir təyinat olmayıb.


EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR