SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İşdən çıxarılan general: “Mən fərari deyiləm”

13-07-2017, 09:23 | Oxunub: 8 775 |

İşdən çıxarılan general: “Mən fərari deyiləm”
Ötən gün Prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini, general-mayor Novruzəli Orucov Qarabağ döyüşlərində fərarilik etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

EMTV.az yerli mətbuata istinadən xəbər verir ki, N.Orucov ölkə.az-a açıqlamasında sözügedən ittihamların cəfəngiyyat olduğunu söyləyib. O, Qarabağ döyüşlərində yaxından iştirak etdiyini deyib:

“Mən fərari deyiləm. İndi də təzə söhbət çıxarıblar ki, guya mən fərari generalam və sairə. Bütün bunlar yalandır. Əgər mən fərarilik etsəydim, mənə nə üçün general rütbəsi verilirdi? Birinci Qarabağ döyüşlər tabor komandiri olmuşam. Ağdamda, Qazaxda gedən döyüşlərdə iştirak etmişəm. Adam bu qədər Allahsız olmaz da! Axı mən ermənilərə qarşı döyüşlərdə iştirak etmişəm. Mənə necə deyirlər ki, fərariyəm və sairə? Görünür, mənə qarşı kampaniya başlayıb”.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla general-mayor Novruzəli Orucov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilib. Novruzəli Orucovun vəzifədən çıxarılmasına səbəb oğlu Rüstəm Orucovun 85 saylı marşrut avtobusunun sürücüsü, 1981-ci il təvəllüdlü Sənan Səmədovu döyməsi olub.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR