18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Əsas sənədin 80 faizi razılaşdırılıb” – Nazir
“Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupu fəaliyyət göstərir. Hələlik yekun konsensus əldə etmək mümkün olmasa da, tərəflər arasında dialoq və qarşılıqlı anlaşma mühiti formalaşıb”.
Bunu RİA “Novosti” agentliyinə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir yekun sənədin 70-80 faizinin artıq razılaşdırıldığını bildirib.
“Xəzər dənizi ayırıcı yox, birləşdirici sərvətimizdir. Müsbət haldır ki, Xəzəryanı ölkələr addım-addım, səylərini birləşdirərək, həllə yaxınlaşır. Baxmayaraq ki, hüquqi status hələlik müəyyənləşməyib, Xəzərin flora və faunasının qorunması, fövqəladə hallarda qarşılıqlı yardım, terrorla mübarizə və digər sahələrdə əməkdaşlıq məsələləri üzrə hüquq baza artıq formalaşdırılıb.
Bu baza bizə əsas verir ki, Xəzərin yekun hüquq statusunun müəyyənləşdirilməsi istiqamətində irəliləyək”, – deyə nazir qeyd edib.
Emtv.az