18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Anar Ələkbərov: “Harada baş verməsindən asılı olmayaraq, terrorizm bəşəriyyətə qarşı bir cinayətdir”
“Harada baş verməsindən asılı olmayaraq, terrorizm bütövlükdə bəşəriyyətə qarşı bir cinayətdir”.
EMTV.az yerli mətbuata istinadən xəbər verir ki , bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışı mərasimində bildirib.
A. Ələkbərov ötən il iyulun 14-də Fransanın Nitsa şəhərində çoxlu sayda insanın həlak olması ilə nəticələnən dəhşətli terror aktının törədilməsindən söz açaraq, Azərbaycanın öz yaşadıqlarından terrorizmin, günahsız insanların həlak olmasını ağrı və acılarını yaxşı anladığını qeyd edib.
“Ermənistan ordusu Azərbaycanın cəbhəyanı ərazilərində yaşayan dinc əhaliyə qarşı mütəmadi olaraq təxribatlar törədir. 10 gün əvvəl Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində 2 yaşlı körpə bir uşaq, Zəhra Quliyeva öldürülüb” - deyə, A. Ələkbərov bildirib.
Onun sözlərinə görə, Azərbaycan dünyada sülhün və təhlükəsizliyin carçısıdır və irqi, milli, dini ayrı-seçkiliyə qarşı prinsipial mövqe tutur: “Dövlətimiz dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir. Biz inanırıq ki, bütün xalqlar qüvvələrini səfərbər edərək insan təhlükəsizliyinə, demokratik dəyərlərə, vətəndaşların hüquq və azadlıqlarına hədə olan, günahsız insanları hədəfə götürən terrorizmin qarşısını almağa müvəffəq olacaqlar”
EMTV.az