SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Türkiyəli məşhurlar ermənilərin 2 yaşlı Zəhraya qarşı törətdiyi vəhşilikdən yazdı – FOTO

7-07-2017, 08:21 | Oxunub: 9 910 |

Türkiyəli məşhurlar ermənilərin 2 yaşlı Zəhraya qarşı törətdiyi vəhşilikdən yazdı – FOTO
Türkiyəli məşhurlar Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdikləri qanlı cinayətdən yazıb.

EMTV.az yerli mətbuata istinadən xəbər verir ki, müğənni, aktyor, rejissor Mahsun Kırmızıgül erməni əsgərləri tərəfindən vəhşicəsinə qətlə yetirilən 18 aylıq körpə Zəhra ilə bağlı paylaşım edib.

“Körpə Zəhra nənəsi ilə birlikdə Azərbaycanda öldürüldü. Burada uşaqlar hələ də ölməyə davam edir. Adları, dinləri, ölkələri fərqli olsa da, ölən uşağın kimliyinin heç bir əhəmiyyəti yoxdur. Dinc əhaliyə qarşı bu kimi alçaq hücumlar kim tərəfindən törədilirsə, min dəfə lənət olsun”, - deyə M.Kırmızıgül sosial şəbəkədə şərh bildirib.

Türkiyəli müğənni, aktrisa, aparıcı Hülya Avşar Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun “Milliyet” onlayn qəzetinə verdiyi müsahibəni “Instagram” hesabında paylaşıb.

“Heç kim bu hadisəyə yalnız Azərbaycan xalqının problemi kimi baxmamalıdır. İrqindən, dinindən və milliətindən asılı olmayaraq, bu hadisəni törədənlər cəzasız qalmamalıdır. 2 yaşında körpə vəhşicəsinə qətlə yetirilib! Bu, insanlığa sığmayan bir hücumdur. Bunu bütün dünya görməli, bilməli və səssiz qalmamalıdır. Biz hamımız bir araya gələrək bu hadisəni qınamalı, insan haqları qurumlarına haraya baxdıqlarını və bunu törədənlərin niyə cəzasız qaldıqlarını soruşmalıyıq. Baş verənlərin qarşısını almaq lazımdır və sivil xalqın hədəfə alınması qəbul edilməzdir. Bunun bir adı var - Terror və faşizm!”

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR