SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Jan-Lük Reitzer: Alxanlı kəndində qanlı hadisəni törədənlər cəzalandırılmalıdırlar

7-07-2017, 07:10 | Oxunub: 7 941 |

Dost Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan ordusu tərəfindən törədilən qanlı hadisəyə görə dərin kədərləndiyimi və həmrəyliyimi bildirirəm. Qurbanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Meri olduğum Altkirş şəhəri Horadizlə qardaşlaşıb, buna görə bu hadisə bizi daha çox kədərləndirir və narahat edir. Artıq vaxtdır, ATƏT-in Minsk qrupu konkret fəaliyyət göstərməlidir.

EMTV.az-ın yerli mətbuata istinadən xəbər verir ki, bu fikirləri Fransa Milli Assambleyasının xarici işlər üzrə komissiyasının üzvü, Horadiz şəhəri ilə qardaşlaşan Altkirş şəhərinin meri Jan-Lük Reitzer Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib.

Jan-Lük Reitzer bildirib ki, Fransanın Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bağlı prosesə başlanması təşəbbüsü irəli sürməsinin vaxtı çatıb. Ədalət qələbə çalmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Uzun illərdir davam edən Dağlıq Qarabağ münaqişəsini yaradan Ermənistanı beynəlxalq ictimaiyyət pisləyir. Ancaq təəssüf ki, bu günə qədər bu istiqamətdə konkret addımlar atılmayıb.

Fransa Milli Assambleyasının xarici işlər komissiyasının üzvü kimi ümid edirəm ki, komissiyamız qarşıdan gələn aylarda Azərbaycanın haqlı mövqeyinin müdafiə olunması təşəbbüsünü irəli sürəcək və bu məsələ komissiyanın gündəliyinə daxil ediləcək.

“Bütün təcavüzkar aktlara qarşı sanksiya və cəza tədbirləri görülməlidir. Alxanlı kəndində törədilən hadisə birinci dəfə deyil, əvvəllərdə Azərbaycanda mülki şəxslər erməni hərbçiləri tərəfindən hədəfə alınıb. Artıq biz bu haqda dəfələrlə eşitmişik. Bu cinayəti törədənlər cəzalanmalı və onlara qarşı sanksiya tətbiq edilməlidir. Alxanlı kəndində qanlı hadisəni törədənlər cəzalandırılmalı və Ermənistanın törətdiyi belə cinayətlərə görə onu təkcə pisləmək kifayət deyil, ona qarşı sanksiyalar tətbiq edilməlidir”, - deyə Jan-Lük Reitzer vurğulayıb.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR