18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Vaşinqton Alxanlı kəndində dinc sakinlərin öldürülməsindən narahatlığını ifadə edib
“Amerika Birləşmiş Ştatları əvvəlki kimi, bu ayın 4-ü Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakinin, o cümlədən iki yaşlı uşağın həlak olmasına görə dərin narahatlıq keçirir”.
EMTV.az-ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət departamentinin mətbuat xidmətinin nümayəndəsi Hizer Nauer keçirdiyi brifinqdə deyib.
"Bu hadisə təmas xətti yaxınlığında baş verib. Biz bu qurbanların ailələrinə dərin hüznlə səmimi başsağlığımızı bildirmək istərdik", – deyə o qeyd edib.
Hizer Nauer bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yanaşı hərbi əməliyyatları dayandırmağa və tərəfləri danışıqlar prosesini bərpa etməyə çağırır.
“Bizim bu region üzrə siyasətimiz açıq-aydındır: Münaqişə gücdən istifadə etməmə, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərinə sadiq beynəlxalq hüquqa əsaslanan danışıqlar yolu ilə həll oluna bilər”, - deyə ABŞ Dövlət departamentinin mətbuat xidmətinin nümayəndəsi qeyd edib.
EMTV.az