18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycan XİN: "ATƏT-dən yeni bəyanat gözləyirik"
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Füzuli rayonunun Alxanlı kəndinin ermənilər tərəfindən atəşə tutulması barədə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Ancey Kaspşikə və ATƏT-in Minsk qrupunun həmsədrlərinə məlumat verib.
EMTV.az xəbər verir ki, bu barədə brifinqdə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı Kaspşikin nümayəndələri hər iki tərəfdən araşdırma aparır.
"ATƏT-in bəyanatını köhnəlmiş hesab edirik. Kaspşikin ofisinin əməkdaşları məsələni araşdırmaq üçün hadisə yerindədirlər. Erməni hərbçilər yaşayış məntəqisini minaatanlardan və iriçaplı silahlardan atəşə tutmağın nə ilə nəticələnə biləcəyini bilirdi. Bu, qəsdən atılmış addımdır. Biz ATƏT-dən yeni bəyanat gözləyirik. Azərbaycanın xarici ölkələrdəki və beynəlxalq təşkilatlardakı səfirliklərinə ölkəmizin mövqeyini çatdırılması ilə bağlı təlimat verilib. Beynəlxalq təşkilatların mövqeyini gözləyirik", - H.Hacıyev vurğulayıb.
XİN-in mətbuat xidmətinin rəhbəri Azərbaycanın münaqişənin substantiv danışıqlar yolu ilə nizamlanmasının tərəfdarı olduğunu vurğulayıb.
"Ermənilər atışmalar vasitəsilə vəziyyəti gərginləşdirməyə çalışırlar", - H.Hacıyev bildirib.
Qeyd edək ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.
İyulun 5-də isə ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yayaraq, tərəfləri hərbi fəaliyyəti dayandırmağa çağırıb: "Bu uzun sürən münaqişənin həlli üçün yeganə məsuliyyətli və insani yol tərəflərin danışıqlar masasına qayıtmasıdır."
EMTV.az