18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Başına torba keçirilərək oğurlanan olub-bitənləri anlatdı
Bakıda baş verən müdhiş cinayətin təfərrüatları məlum olub
Bakı sakini Ağayev Nemət Elxan oğlunun oğurlanmasının detalları məlum olub. Bu barədə Sputnik Azərbaycan-a oğurlanmış şəxsin özü danışıb.
Daha əvvəl EMTV.az yerli mətbuata istinadən xəbər vermişdi ki, cinayətkar dəstənin 9 üzvü iyunun 29-u saat 21:30 radələrində "Prado" və BMW markalı maşınlarla Binəqədi rayonu ərazisindəki Mehdi Hüseyn küçəsində yerləşən R-Club gecə klubunun qarşısına gələrək, Ağayevin BMW markalı, 90 FR 048 dövlət nömrə nişanlı maşınına əyləşiblər. Onun başına torba keçirərək ərazidəki insanların gözü qarşısında aparıblar.
Quldurlar öz qurbanlarına fiziki zor tətbiq edərək, ondan mənzilinin açarını, iPone-7 mobil telefonunu alıblar. Sonra Ağayevin mənzilinə soxularaq oradan 38 min dollar məbləğində pul və zinət əşyaları götürüblər.
Bundan sonra onlar girovlarını Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində yerləşən "Oskar" kafesinə gətiriblər. Orada Ağayevi döyüblər. Zərərçəkmişin canı bununla da qurtarmayıb. Oğrular onu maşına oturdaraq Əlvar Məmmədovun evinə gətiriblər, burada boğazına bıçaq dirəyərək ondan daha 3350 manat tələb ediblər. Daha sonra pulu gətirmək üçün Ağayevi buraxıblar.
Zərərçəkmiş şəxs dərhal yardım üçün polisə müraciət edib. Binəqədi rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Ağayev Neymət Elxan oğlunu oğurlayan cinayətkar dəstənin dörd şübhəli üzvünü — Ramin Hüseynov, Əlvar Məmmədov, Rəşad Yusifzadə və Şimral Mustafayevi saxlayıblar. Daha 5 nəfər isə azadlıqdadır.
Hazırda onlarla bağlı AR Cinayət Məcəlləsinin 182.2.1 maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi açılıb və cinayət işinin materialları Bakı şəhər Baş Polis İdarəsinin təhqiqat şöbəsinə göndərilib.
Zərərçəkmişin sözlərinə görə, onun oğurlanmasını keçmiş biznes ortağı Rəşad Yusifzadə sifariş edib. Yusifzadə və Ağayev birlikdə beynəlxalq avtovağzalın yerləşdiyi rayonda gecə klubu təşkil ediblər. Sonra klub bağlanıb və Ağayev ortağına 3350 manat borclu qalıb. Ağayev bildirib ki, gecə klubunun avadanlıqlarını satandan sonra bu pulu qaytaracaq.
EMTV.az