18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda “Müasir İran mədəniyyətinin görkəmli nümayəndələri” adlı fərdi fotosərgi açılıb
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda iranlı fotoqraf və rejissor Paşa Hadianın “Müasir İran mədəniyyətinin görkəmli nümayəndələri” adlı fərdi foto sərgisi açılıb.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, sərgiyə baxışdan əvvəl sənətşünas Nizami Alıyev çıxış edərək, sərginin təşkilinin sənət adamları üçün əlamətdar hadisə olduğunu deyib. Bildirilib ki, sərgidə fotoqrafın 65 əsəri yer alıb.
İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Mənsur Ayrom, konsulluğun mədəniyyət atteşesi Hüseyn Ağazadə və Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Nihat Erşen çıxış edərək, ölkələr arasında siyasi, iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələrin inkişafının vacibliyini də qeyd ediblər.
İranlı fotoqraf və rejissor Paşa Hadian fotosərgiyə gələnləri salamlayaraq bildirib ki, sərginin müasir İran mədəniyyətinin görkəmli nümayəndələrinə həsr edilməsində məqsəd bu şəxsiyyətləri daha geniş miqyasda tanıtmaqdır.
Fotoqraf deyib ki, bir sənətə ömrünü həsr etmək üçün həmin sənəti sevmək lazımdır. İllərdir məşğul olduğu bu sənətdə bacardığı qədər irəli getməyə, insanların bəyənəcəyi fotolar çəkməyə çalışıb. Bu sərgi 7 ilin məhsuludur.
Sonra sərgiyə baxış keçirilib.