18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bu gündən Bakı üzrə pensiya ödənişləri həyata keçiriləcək - Nazirlik
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, cari ilin I yarısında daxilolmaların səviyyəsi əmək pensiyalarının maliyyələşdirilməsinin vaxtında həyata keçirilməsinə, bəzi aylarda isə pensiyaların qrafikdən əvvəl hesablara köçürülməsinə imkan verib. Emtv.az xəbər verir ki, bunu apa-nın sorğusuna cavab olaraq nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
Onun sözlərinə görə, ümumilikdə, cari ildə əmək pensiyalarının maliyyələşdirilməsində hər hansı problem müşahidə edilməyib: "Ötən aylarda olduğu kimi, iyul ayı üzrə də əmək pensiyalarının qrafik əsasında vaxtında maliyyələşdirilməsi təmin olunacaq. Artıq Naxçıvan Muxtar Respublikası üzrə pensiyaların maliyyələşməsi yekunlaşıb, bu gündən etibarən isə Bakı şəhərinin rayonları üzrə ödənişin həyata keçirilməsinə başlanılacaq".
Şöbə müdiri vurğulayıb ki, ölkəmizdə pensiyaçıların sosial müdafiəsinə yönələn tədbirlərin davamı olaraq, hələ 2013-cü ildən hər ay üzrə əmək pensiyalarının ödənişi qrafiki bir qədər də əvvələ çəkilib: "Həmin vaxtdan etibarən pensiyaların maliyyələşdirilməsi işləri Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək tam yekunlaşdırılır. Həmçinin hər ayın 16-dək əhalisi məcburi köçkün olan rayonlar, hər ayın 18-dək respublika tabeli şəhərlər, hər ayın 24-dək respublikanın digər rayonları, hər ayın 29-dək isə hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasına aid pensiyaçılar üzrə pensiyaların maliyyələşdirilməsi başa çatdırılır. Qrafiklə nəzərdə tutulmuş tarixlər istirahət və ya bayram günlərinə təsadüf edirsə, pensiyaların ödənişi həmin günlərdən sonrakı iş günündə həyata keçirilir. Həmçinin, bayramlar və dövlət əhəmiyyətli tədbirlərin keçirildiyi aylarda pensiyaların ödənişi qrafiki müəyyən olunmuş vaxtdan da əvvəl icra olunur ki, bu da pensiyaçıların maraqlarının nəzərə alınmasından irəli gəlir. Qeyd olunan qrafikdən də aydın olur ki, hazırda pensiyaların ödənişində heç bir gecikmə yoxdur və iyul ayında da ölkəmizdə bütün növ pensiyaların qrafik əsasında vaxtlı-vaxtında maliyyələşdirilməsi təmin ediləcək".
Emtv.az