SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ləğv ediləcək komitənin sədrinin nazirlərdən müdhiş fərqi - Gizlinlər

10-07-2017, 12:12 | Oxunub: 4 482 |

Ləğv ediləcək komitənin sədrinin nazirlərdən müdhiş fərqi - Gizlinlər
Emtv.az xəbər verir ki, hakimiyyətə yaxınlığı ilə seçilən azxeber.com saytı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin ləğvi ediləcəyi xəbərini yayıb.

Hökumətə yaxın mənbələrdən əldə etdiyi məlumatda qurumun səlahiyyətlərinin ASAN Xidmətə veriləcəyi açıqlanıb.

Mətbuatda dəfələrlə ölkədə struktur islahatlarının davamının olacağı və bu sırada sözügedən komitənin də ləğvinin nəzərdə tutulduğunu yazılıb. Çünki komitənin fəaliyyətindən ciddi narazılıq var və aşağıların etirazına səbəb olur.

Bu xüsusatda deyilməlidir ki, komitənin əsas işi sənədlərin hazırlanması və qeydiyyatı prosedurunda rüşvətin tüğyan etməsidir.

Komitə sədri Kərəm Həsənov indiyə qədər heç bir rayon reyestr idarəsinin rəisinin fəaliyyətini yoxlatmayıb, hər hansı idarə müdiri cəzalanmayıb, nöqsanlar aradan qalxmayıb.

İnsafən, vergi, gömrük, aqrar sektorda və yaxud ekologiya, su təchizatı və s. sahələr üzrə müvafiq qurumlardan şikayət olanda araşdırılır, tədbir görülür, daha çox şikayət gələndə yerli idarə rəhbəri vəzifəsindən azad edilir.

K.Həsənov isə komitənin nə Bakı, nə regionlar üzrə idarə rəislərinin fəaliyyətini təftiş etmir. O baxımdan qurumun ləğvi və ASAN Xidmətə verilməsi gözləniləndir.

Emtv.az xəbər verir ki, post-neft dönəminin başlamasından sonra ölkədə bir çox qurumların ixtisar edilməsi və birləşdirilməsi prosesinə ilin sonuna kimi daha biri əlavə ediləcək.

Torpaq və Xəritəçəkmə Komitəsi, Nəqliyyat Nazirliyi, Azərenerji ASC ayrı-ayrı dövlət qurumlarına birləşdirilməsi prosesinin uğurlu olması hökumət üçün yeni imkanlar açıb.

Buna görə də saxlanılması "artıq xərc" hesab olunan qurumların başında gələn Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin ləğvi yenidən gündəmə gəlib. Emtv.az-ın məlumatına görə, azxeber.com yazıb ki, komitənin əlində olan xidmətlərlə bağlı prezidentə yüzlərlə şikayət məktubu daxil olub.

Kərəm Həsənov hakimiyyətdən vaxt istəmişdi və o vaxt artıq bitdi. Çünki verilən heç bir vəd yerinə yetirilmədi və əksinə şikayətlərin sayı günü-gündən artdı.

Buna baxmayaraq, o Ziya Məmmədov kimi gözlənilməz şəkildə deyil, xəbəri ola-ola işdən çıxarılacaq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR