SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ailəsi istirahətdə olan rəis niyə intihar edib?

10-07-2017, 07:12 | Oxunub: 5 061 |

Ailəsi istirahətdə olan rəis niyə intihar edib?
Dünən Neft Daşlarında intihar edən geoloq ilə bağlı yeni məlumat var.

EMTV.az yerli mətbuata istinadən verdiyi məlumata görə, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı qeyd edib ki, intihar edən Məmməd Vəliyev ailəli olub və onun iki övladı var:

“Bizdə olan məlumata görə, Neft Daşları mədən geofizika ekspedisiyası nəzarət-interpretasiya dəstəsinin intihar edən rəisi, geoloq Məmməd Vəliyev Hövsanda yaşayırmış. Dünən intihar baş verən zaman evli olan oğlu ailəsi ilə birlikdə Qəbələdə tətildə olub. İntiharın hansı səbəbdən baş verməsi ilə bağlı bir neçə fərziyyə var. Ancaq hələlik araşdırma aparıldığı üçün bir söz demək düzgün olmazdı. Pirallahı prokurorluğu Neft Daşlarında istintaq aparır”.

SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsindən də bildirdilər ki, intihar hadisəsi ilə bağlı araşdırma aparılır:

“Araşdırma bitdikdən sonra bununla bağlı mətbuata açıqlama veriləcək”.

Qeyd edək ki, iyulun 9-da təqribən səhər saat 8.15 radələrində Neft Daşlarında Geofizika-Geologiya idarəsinin Neft Daşları mədən geofizika ekspedisiyası nəzarət-interpretasiya dəstəsinin rəisi (geoloq) 1961-ci il təvəllüdlü Vəliyev Məmməd Şəmistan oğlu naməlum səbəblərdən özünü 9 mərtəbəli yataqxananın 9-cu mərtəbəsindəki otağından atıb. Nəticədə, o, dünyasını dəyişib.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR