17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Nazir müavinindən universitet açıqlaması: "Hələ də dövlət müəssisəsidirlər"
"Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, artıq Azərbaycanın dörd dövlət ali təhsil müəssisəsi - Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxsə, yeni təşkilati hüquqi formaya çevrilib".
Emtv.az xəbər verir ki, bunu apa-ya açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. Nazir müavini bildirib ki, bu mövcud qanunvericiliyə əsasən, universitetlərin daha təkmil idarəedilməsi, daha geniş imkanların yaradılması baxımından çox müsbət bir addımdır: "Bakı Mühəndislik Universitetinin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib. Qeyd etdiyim digər üç universitetin yeni nizamnamələri də hazırlanaraq ölkə başçısının sərəncamına təqdim olunacaq".
C. Bayramov qeyd edib ki, publik hüquqi şəxsə çevrilən universitetlər əvvəllər olduğu kimi indi də dövlət ali təhsil müəssisələridir.
Emtv.az