18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanlı gənc təkbaşına Ermənistan səfirliyinin qarşısında aksiya keçirdi
Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib. APA-nın verdiyi məlumata görə, aksiyanı Azərbaycan diaspor fəalı Səttar Qəmbərov təşkil edib. O, əlində Azərbaycan bayrağı iyulun 4-də Füzulinin Alxanlı kəndində Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşi nəticəsində həlak olan iki yaşlı Zəhra Quliyevanın qan içində olan cəsədinin fotolarından ibarət “Uşaq qatilləri” yazılan plakatla Ermənistan səfirliyinin qarşısında təkbaşına etiraz edib.
S.Qəmbərov bu addımı ilə Ermənistanın cinayətkar rəhbərliyinin iç üzünü Rusiya ictimaiyyətinə göstərmək istədiyini bildirib: “Rusiya əhalisi Ermənistanın uşaq qatili olduğunu bilməlidir. Rusiya televiziyaları, xəbər agentlikləri bu barədə heç nə göstərmir və yazmır. Kütləvi etiraz aksiyası keçirməyə də icazə vermirlər. Ona görə də bu yolla təkbaşına Ermənistan dövlətinə öz etirazımı bildirirəm. Rusiyada yaşayan bütün azərbaycanlı gənclər mənimlə həmfikirdir. Erməni terroruna son qoyulmalıdır. Uşaq qatili olan Ermənistan rəhbərliyi cəzalandırılmalıdır”.
S.Qəmbərov aksiya keçirən zaman Ermənistan səfirliyindən heç kim ona yaxınlaşmağa cürət etməyib. Səfirliyin mühafizəsini təşkil edən hərbi geyimli əsgərlər binanın dəmir barmaqları ardından S.Qəmbərovu müşahidə ediblər. Azərbaycanlı gənc diaspor fəalının etiraz aksiyası ətrafdakı insanların marağına səbəb olub. Paytaxt sakinləri fotodakı körpənin harada və kimlər tərəfindən öldürüldüyü ilə maraqlanıblar.
EMTV.az