18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Almaniyada yaşayan soydaşlarımız Berlində etiraz aksiyası keçirəcək
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində Sahibə Quliyeva və ikiyaşlı nəvəsi Zəhranın həlak olmalarına, Sərvinaz Quliyevanın isə yaralanmasına etiraz olaraq Almaniyada yaşayan soydaşlarımız Berlində aksiya keçirəcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən EMTV.az-a bildirilib ki, aksiya iyulun 8-də saat 14.00-da Berlində, Brandenburq qapılarının qarşısında təşkil ediləcək. Mitinqdə Berlində və digər şəhərlərdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarının təmsilçilərinin, türk və digər xalqların icmalarının nümayəndələrinin iştirakı gözlənilir. Aksiya iştirakçıları Berlin sakinlərinin və qonaqların diqqətini erməni vəhşiliklərinə yönəltmək məqsədilə müxtəlif şüarlar səsləndirəcək, sonda Almaniyanın rəsmi qurumlarına müraciət qəbul edəcəklər.
Etiraz aksiyası Almaniya Azərbaycan Evi, Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi və “Odlar Yurdu” cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək.
EMTV.az