17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Məleykə Abbaszadənin soyğunçu imtahanı ifşa oldu - məzun sayı və qiymətlər...
Dövlət İmtahan Mərkəzinin imtahanları pullu etməsi məzunların iştirak sayına ciddi təsir edib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə də təsdiqləyib.
Onun sözlərinə görə, imtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayının azalmasına təsir göstərib:
“Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar. Elə şəxslər var ki, hər il imtahanda iştirak etmək üçün sənəd verir.
Belə məzunların çoxu ərizə verdiyi halda ya imtahana gəlmirdilər, ya da gəldikdə kimdənsə nəyisə köçürmək istəyirdilər.
Abituriyentlərin imtahana telefonla gəlməsi, telefonu gizlətmək istəməsi kimi aşkarlanan faktlar da əsasən, əvvəlki illərin məzunları tərəfindən edilirdi. İndi isə belə halların sayı azalıb, imtahanlar daha keyfiyyətli keçir”.
Bunu DİM sədri Məleykə Abbaszadənin necə yalan danışdığı ortalığa çıxır.
Çünki imtahanların pullu olması heç də təhsilin keyfiyyətinə təsir etməyib. Əksinə, imkansızlıqdan hər adam imtahanda iştirak edə bilmir.
İmtahanın isə keyfiyyəti deyil, təhsilin və toplanan balların kəmiyyətinin göstəricisi önəmlidir ki, hansı inkişafa nail olunub.
Zaman isə göstərir ki, ötən illərin məzunları daha savadlıdırlar. Keçid ballarının aşağı düşməsi də göstərir ki, imtahanların pullu olması heç nəyi dəyişməyib.
Dəyişən isə DİM-in pul qazanması və özünü saxlamasıdır.
Əvvəllər dövlət büdcədən TQDK-ya ildə 7 milyon manata yaxın vəsait ayrılırdı. Bunun, təxminən 2 milyonu idarənin saxlanılmasına, qalan 5 milyonu isə imtahanların keçirilməsinə sərf olunurdu.
Amma bu, o demək deyil ki, TQDK-nın indiyə qədər keçirdiyi imtahanlar pulsuz idi. Hər il TQDK tərəfindən keçirilən 1 sınaq imtahanında iştirak etmək üçün, iştirakçı 3, qəbul imtahanında iştirak etmək üçün 2 manat ödəməli olurdu.
İştirak etdiyi imtahanın nəticəsini öyrənmək üçün isə, iştirakçı 0.26 AZN-indən keçməli idi. İndisə sınaq imtahanı 20 manatdır. Deməli, 10 dəfə bahalaşma gedib.
İkinci imtahan isə 40 manatdır. Bu dəfə 20 dəfə soyğunçuluq edilib. Tələbə Qəbulu üzrə Dövlət Komitəsi sınaq, qəbul imtahanlarında və jurnal, kitab və kitabçalardan da kifayət qədər böyük məbləğ əldə edir. Bu səbəbdən də xidmət tariflərinin qaldırılması günün tələbi deyil.
Emtv.az