17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Magistratura və rezidenturaya sənəd verənlərin sayının kəskin azalmasının pərdəarxası
Bu il magistraturaya sənəd verən abituriyentlərin sayında kəskin azalma müşahidə edilir. Bir sıra ekspertlər bunun səbəbinin sənəd qəbulunun pullu həyata keçirilməsi ilə əlaqələndirir. Qeyd edək ki, bu il magistr imtahanlarına sənəd qəbulunun 17 mart saat 23:59-da başa çatması planlaşdırılsa da, qeydiyyatdan keçənlərin azlığı səbəbi ilə bu vaxt martın 28-dək uzadıldı.
Ancaq buna baxmayaraq, ötən illə müqayisədə sənəd verənlərin sayında kəskin azalma var. Belə ki, Dövlət İmtahan Mərkəzinin (DİM) saytında olan məlumata görə, təsdiq edilmiş ərizələrin sayı Azərbaycan bölməsi üzrə 11809, rus bölməsi üzrə 1264 olub. Beləliklə, 2017/2018-ci tədris ilində magistr pilləsinə sənəd qəbulunda cəmi 13 073 bakalavr ərizəsini təsdiq edib.
Təhsil eksperti Kamran Əsədov mətbuata açıqlamasında bir çox savadlı gənclərin maddi sıxıntıya görə təhsildən kənar qalacağını dedi: “Təhsilin keyfiyyətinə təsir edən əsas məsələ rəqabət mühitinin olmasıdır. Amma imtahanda iştirak edənlərin sayının azalması rəqabət mühitini aşağı salır. Bundan başqa, kifayət qədər savadlı, perspektivli gənclər maddi imkanları zəif olduğuna görə bu prosesdən kənarda qaldı. Xatırladım ki, 2016-cı ildə magistr pilləsinə ərizələrin qəbulu internet vasitəsilə fevralın 10-dan 19-dək aparılıb. 2016-cı ildə imtahanda iştirak etmək üçün 24110 bakalavr ərizə təqdim edib. Onlardan 21822 nəfəri Azərbaycan bölməsi, 2288 nəfəri rus bölməsi üzrə imtahan verib. Ərizə verənlərin 10281 nəfəri oğlan, 13829 nəfəri isə qızlar, bakalavrlardan 11550 nəfəri 2016-cı ilin, 12560 nəfəri isə əvvəlki illərin məzunları olub. 2016-cı ildə 63 nəfər xarici ölkə vətəndaşı da sənəd qəbulunda iştirak edib. 2015-ci ildə magistr pilləsinə ərizələrin qəbulu internet vasitəsilə fevralın 3-dən 12-dək aparılıb. 2015-ci ildə isə imtahanda iştirak etmək üçün 23230 (2014-cü ildə 24560) bakalavr ərizə təqdim edib. Onlardan 20706 nəfəri Azərbaycan bölməsi, 2524 nəfəri rus bölməsi üzrə imtahan verib. Ərizə verənlərin 10913 nəfəri oğlan, 12317 nəfəri isə qızlar olub. 2015-ci ildə magistr pilləsinə sənəd verən bakalavrlardan 11620 nəfəri 2015-ci ilin məzunları, 11610 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 2016-cı ildə 50 nəfər xarici ölkə vətəndaşı da sənəd qəbulunda iştirak edib. Bu il magistr pilləsinə qəbul plan yerlərinin artdığını və 8 minə çatdığını nəzərə alsaq, bu il ciddi şəkildə plan yerlərinin boş qalacağı qaçılmazdır. Dövlət İmtahan Mərkəzinin rəsmi saytına görə 2017/2018-ci tədris ilində Azərbaycan Respublikasında ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya sənəd vermək istəyənlərin sayı Azərbaycan bölməsi 923, rus bölməsi 152, ümumilikdə isə 1075 nəfər təşkil edir. 2016-cı ildə isə bu rəqəm 1239 nəfər, 2015-ci ildə 1245 nəfər təşkil edirdi”.
Ekspert sənəd verən abituriyentlərin sayı azalsa da, DİM-in yaxşı gəlir əldə etdiyini dedi: “Hələ imtahanın birinci mərhələsi üçün sənəd qəbulu həyata keçirilir. Magistr pilləsinə qəbul olmaq üçün birinci mərhələdən qeydiyyatdan keçən bakalavrların sayı 13073 və onların hər biri imtahanın birinci mərhələsində iştirak etmək üçün 50 manat ödəyib. Deməli, magistr imtahanının birinci mərhələsindən DİM 653650 manat gəlir əldə edib. Rezidenturaya qəbul olmaq istəyənlərin sayı isə 1075-dir və onların da hər biri birinci mərhələdə iştirak etmək üçün 60 manat ödəyib. Məlum olur ki, rezidenturaya imtahanının birinci mərhələsindən DİM 64500 manat gəlir əldə edib. Bu rəqəmləri hesablasaq aydın olar ki, DİM magistr və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsindən 718150 manat gəlir əldə edib”.
Xatırladaq ki, Azərbaycanda ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (I mərhələ) 1 iştirak üçün tarif 50, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (II mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (I mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (II mərhələ) 1 iştirak üçün tarif 100, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 30 və rus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanında 1 iştirak üçün tarif 10 manat məbləğində müəyyənləşdirilib.
Emtv.az