SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Cavid Qurbanov çürük vaqonlara bileti bahalaşdırdı - Təfərrüat

6-07-2017, 11:45 | Oxunub: 8 349 |

Cavid Qurbanov çürük vaqonlara bileti bahalaşdırdı - Təfərrüat
Azərbaycan Dəmir Yolları QSC ölkədaxili istiqamətlərdə gediş haqlarını artırmağa hazırlaşır.

Emtv.az-ın yerli mətbuata istinadən xəbərinə görə, bu barədə QSC-nin rəsmi saytında informasiya yayılıb.

Deyilir ki, sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq, çevik tarif tənzimlənməsini təmin etmək məqsədi ilə, eyni zamanda gediş haqlarının tənzimlənməsi üçün 15.07.2017-ci il tarixindən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək.

Bunun loru dildə açması o deməkdir ki, qatarlara gediş haqları bahalaşacaq. Əslində QSC sədri Cavid Qurbanov elektrik enerjisinin tariflərinin qalxmasından sonra bildirmişdi ki, qatarlarda da gediş haqları qalxacaq.

Bakıdan rayonlara gedib-gələn sərnişin və sürət qatarlarında kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə aid olan biletlər 20% baha olacaq.

Qiymət artımına getməklə sosial gərginlik yaradan C.Qurbanov bundan əvvəl də işsizlər ordusu yaradıb.

O, gələr-gəlməz dəmiryol xəstəxanalarını boşaldıb. Hazırda Bakı, Salyan, Gəncə, Lənkəran və başqa yerlərdə dəmiryol xəstəxanaları bağlanıb, yüzlərlə insan işsiz qalıb.

İndi də gediş haqqını artıran, Bakı dəmiryol vağzalının kosmetik təmir etməklə islahatlar apardığını zənn edən C.Qurbanov yaxşı olar ki, getdiyi Avropa dövlətlərində dəmiryollarına baxsın.

Görsün ki, qiymətlərdən əvvəl keyfiyyət yüksək olmalıdır. Hazırda Bakı dəmiryol vağzalının girişi gözəl ola bilər. Ancaq rayonlara gedən vaqonlar sınıq-salxaq, köhnə, iylənmiş, bərbad vəziyyətdədir.

Avropa isə çoxdan sürət qatarlarından istifadə edir. Arif Əsgərovun dönəmində yeyilən pullar bu sahəni bu günə qoyub, C.Qurbanov isə sadəcə əl gəzdirir. O, qiymətləri qaldırmazdan əvvəl camaatıə rayonlara daşıyan vaqonlara nəzər yetirsin.


Və ən nəhayət, 3 mindən çox həkim və tibb bacısı işsiz qalıb. Buna səbəb xəstəxananın kommunal borcunun yüksək olmasıdır. Amma Cavid Qurbanov otel tikdirə, villasında dincələ, Albalı bağında malikanə ucalda bilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR