18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Cavid Qurbanov: "Bakı-Sumqayıt elektrik qatarında qiymətin artırılmasına əlim gəlmirdi"
"Bakı-Sumqayıt sərnişin qatarının gediş tariflərində cüzi artım olub. Düzü, qiymət artımına əlim gəlmirdi, ancaq məndən asılı olmayan səbəblər də var".
Bunu mətbuata açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Cavid Qurbanov martın əvvəlində Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tariflərində baş vermiş qiymət artımına münasibət bildirərkən deyib.
"Bakı-Sumqayıt istiqamətində dəmir yolu ilə 1 sərnişinin daşınmasının maya dəyəri 3 manat təşkil edir. Tarif artımı isə minimal olub. Əhalini də çox yaxşı başa düşürük. Doğrusu, qiymət artımının olmasına əlim gəlmirdi. Lakin xərclərimiz çoxdur, məndən asılı olmayan səbəblər də var. Məsələn, enerji haqqının məbləği yüksəlib və s. Ucuz qiymət olduqda da göstərilən xidmət keyfiyyətsiz olur. Mən isə yaxşı xidmət göstərmək istəyirəm", - deyə C.Qurbanov əlavə edib.
Xatırladaq ki, martın 3-dən etibarən xidmət xərclərinin balanslaşdırılması məqsədilə Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı Tarif Şurası tərəfindən hər xidmət sinfi üzrə 20 qəpik artırılıb.
Emtv.az