SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Rüşvəti rayonluların gətirdiyini deyən bəstəkarın deputat atasına ittihamlar - Təfərrüat

6-07-2017, 11:32 | Oxunub: 8 080 |

Rüşvəti rayonluların gətirdiyini deyən bəstəkarın deputat atasına ittihamlar - Təfərrüat
Deputat Ziyad Səmədzadənin qızı, bəstəkar Aygün Səmədzadə əyalət adamlarına sataşıb. Onun sözlərinə görə, yerlibazlığı da, rüşvəti də rayon adamları Bakıya gətirib.

Millət vəkilinin qızı bununla Bakıda rüşvət olmadığını, bölgələrdən şəhərə transfer olunduğunu demək istəyib.

Bununla əlaqədar saytımız internet resurslarında kiçik bir axtarış aparıb. Məlum olub ki, rüşvətin rayonlardan gəldiyini deyən A.Səmədzadənin deputat atasının adı müxtəlif xoşagəlməz işlərdə hallanıb.

Saytlarda gedən xəbərlərə görə, MTN şefi Eldar Mahmudov ləğv edilmiş Satınalmalar üzrə Dövlət Agentliyinə də nüfuz edirmiş.

“Təzadlar” qəzeti yazmışdı ki, ləğv olunmuş qurumun rəhbəri İsgəndər Çədirli deputat Ziyad Səmədzadənin bacısı oğludur. Deputatın oğlu Elşad Səmədzadə bir müddət İsgəndər Çəndirliyinin müavini olub.

Yeni məlumatlara görə, Ziyad Səmədzadənin Eldar Mahmudovla isti münasibətləri olub. Hətta deputatın yaxın qohumu keçmiş MTN şefinin dəstəyilə “Şəhriyar” klubunun direktoru təyin edilib.

Eldar Mahmudov həmçinin Ziyad Səmədzadənin kürəkənini İqtisad Universitetinə prorektor vəzifəsinə təyin etdirib. İddia olunur ki, bütün bunlar “MTN işi”nin istintaqı zamanı üzə çıxıb.

Z.Səmədzadənin uşaq bağçası biznesində də adı keçib. Bu haqda virtualaz.org saytı geniş məqaləsində bağça biznesi olan məmurlardan biri kimi deputatı da qeyd etmişdi.

“Təzadlar”a təqdim olunmuş bir qovluq sənədlər içərisində akademik Ziyad Səmədzadənin çoxillik ictimai-siyasi fəaliyyətini əhatələyən ciddi məlumatlar və faktlar var.

Onlardan ikisi tanınmış iqtisadçı alim, uzun illər AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru olmuş Şahbaz Muradova məxsusdur.

Ş.Muradov 50 ildən çox müddətdə yaxın dostluq etdiyi Ziyad Səmədzadə barədə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciətində yazıb.

Mən onunla düz 54 ildir ki, tanışam. O, öz şəxsi mənafeyini hər şeydən üstün tutan və Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi: "Konyunkturaya xidmət edən adam”dır.

Bunu son vaxtlar onun elmi rəhbərlik və opponentlik etdiyi dissertasiya işlərinin müəlliflərinin və onun sədrlik etdiyi Dissertasiya Şurasında müdafiə edənlərin kimliyindən də aydın görmək olar.

O, çox hallarda imkanlı adamlara və onların övladlarına, vəzifəli şəxslərin və məmurların işinə yarayır. Belə adamların isə mənim rəhbərlik etdiyim institutda və sədrlik etdiyim Dissertasiya Şurasında müdafiə etməsi çətin idi”.

Bəli, imkanlı və vəzifəli adamlara münasibətindən bəlli olur ki, rüşvətin hardan gəldiyi - nə Bakıdan, nə bölgələrdən, sadəcə insanın özündən və idarəçilikdən...

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR