SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Rusiyalı tarixçi: "İki yaşlı qızın ölümünə görə məsuliyyəti təkcə erməni hərbçisi deyil, beynəlxalq vasitəçilər də daşıyır"

6-07-2017, 05:32 | Oxunub: 11 147 |

Rusiyalı tarixçi: "İki yaşlı qızın ölümünə görə məsuliyyəti təkcə erməni hərbçisi deyil, beynəlxalq vasitəçilər də daşıyır"
Oleq Kuznetsov: "İki yaşlı qızın ölümü müharibəni dayandırmayacaq. Bu müharibəni ancaq Azərbaycan silahının tam qələbəsi dayandıra bilər"
"Son 25 ildə Dağlıq Qarabağda müharibə gedir. Bəli, məhz müharibə, hansısa mifik silahlı qarşıdurma yox. Kiminsə qulağına xoş gəlməsə də bu belədir. Çoxdandır ki, heç bir Dağlıq Qarabağ münaqişəsi yoxdur. Azərbaycanla Ermənistan arasında çoxillik müharibə var. Bu müharibənin günahkarı və əsas təcavüzkarı hamıya yaxşı məlumdur. Əgər müharibə gedirsə, onda onun qaçılmaz atributu təkcə döyüş meydanında hərbçilərin deyil, bir-birinə qarşı mübarizə aparanların artilleriya dueli nəticəsində cəbhəyanı ərazilərdə yaşayan dinc sakinlərin həlak olmasıdır".

Bu fikirləri EMTV.az-ın yerli mətbuata istinadən verdiyi açıqlamasında rusiyalı tarixçi, erməni yalanları ilə bağlı çoxsaylı elmi araşdırmaların müəllifi Oleq Kuznetsov Ermənistan ordusunun Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində biri azyaşlı körpə olmaqla, 2 nəfərin öldürülməsi, bir nəfərin isə yaralanmasına münasibət bildirərkən deyib.

"Mümkündür ki, mənim sözlərim kiməsə qəribə gəlsin, lakin erməni hərbçiləri tərəfindən artilleriya atəşi nəticəsində həlak olan iki yaşlı azərbaycanlı qız və onun nənəsi mifik münaqişənin deyil, məhz tamamilə təbii müharibə qurbanlarıdırlar. Onların ölümünə görə məsuliyyət təkcə erməni əsgəri və zabitinin vicdanı üzərinə deyil, həm də Dağlıq Qarabağ münaqişəsini ancaq nizamlamağa səy göstərən, lakin bununla belə Ermənistan-Azərbaycan müharibəsini heç cür dayandırmaq istəməyən çoxsaylı beynəlxalq vasitəçilərin vicdanı üzərinə düşür. Ona görə də, bu günahsız və bədbəxt müharibə qurbanlarının adi insani faciəsinin özündənrazı diplomat-məmurlarının ürəyinə toxunduğuna inanmıram. Necə ki, onlara artıq neçə illərdir ki, Suriyada, İraqda, Əfqanıstanda və Ukraynanın cənub-şərqində yaşayanların gündəlik faciələri toxunmur. Orda da hər gün onlarla, hətta yüzlərlə dinc sakin ölür. Lakin onların ölümü artıq çoxdandır ki, statistika kimi qəbul olunur. Ona görə də, Azərbaycan xalqının qəmi ancaq onun özünə qalır. İki yaşlı qızın ölümü müharibəni dayandırmayacaq. Bu müharibəni ancaq Azərbaycan silahının tam qələbəsi dayandıra bilər. Nə qədər ki, bu baş verməyib, Dağlıq Qarabağda müharibə sonsuza qədər davam edəcək və bu müharibə təkcə hərbçilərin deyil, mülki insanların da həyatına son qoyacaq", deyə O.Kuznetsov bildirib.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR