SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Eldar Mahmudovun qazını da, suyunu da kəsdilər...

4-07-2017, 14:00 | Oxunub: 6 174 |

Eldar Mahmudovun qazını da, suyunu da kəsdilər...
Keçmiş MTN şefi iqtisadi blokadaya salınır...

Emtv.az xəbər verir ki, sabiq MTN şefi Eldar Mahmudovla bağlı mətbuata maraqlı informasiya daxil olub. Etibarlı mənbədən daxil olan məlumata görə, sabiq nazirin Bakının Badamdar ərazisindəki villasına gedən qaz və su kəmərləri ərazidə yeni inşaat işləri aparan digər məmurlar tərəfindən kəsilib.

Bilgili qaynağın sözlərinə görə, E.Mahmudovun nazir olduğu dövrdə çəkilən və yüksək keyfiyyəti ilə diqqət çəkən bu xətlər hazırda məlum ərazidə villalar inşa edən yüksək ranqlı məmurlar tərəfindən mənimsənilməkdədir. E.Mahmudovun nazir olduğu dönəmdə hətta dövlət xəttindən daha çox toxunulmazlığa malik olan bu xətlərə açıq-aşkar əl qoyulması, onların istiqamətinin digər villalara yönləndirilməsi məmur kontingentinin keçmiş MTN şefini birdəflik gözardı etdiyini, artıq onunla hesablaşmağa zərurət hiss etmədiyini göstərir.

Mənbənin sözlərin görə, dəyəri on min manatlarla hesablanan, kilometrlərlə uzaqlıqdan gətirilən bu xətlərin kəsilməsi ilə bağlı E.Mahmudova bilgi verilsə də, keçmiş nazir digər məsələlər kimi buna da reaksiya verməyə tələsmir. Baxmayaraq ki, aşkar şəkildə iqtisadi blokadaya salınması, infrastruktur baxımından təcrid edilməsi çətin ki, hər kəs kimi E.Mahmudov üçün də xoş olsun. Çox güman ki, keçmiş MTN şefi öz səssizliyini qoruyub saxlamaqla onun işığına, suyuna göz dikən məmur kontingenti ilə hesablaşmaq üçün daha əlverişli məqamı gözləyir.

Bilgili qaynaq E.Mahmudovun özünün yaşadığı villasının infrastruktur təminatı ilə bağlı heç bir problemin olmadığını bildirib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR