17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Təhsilə 1,7 milyard manat ayrılsa da: Valideynlərdən yenə 20 manat yığılır
2016-2017-ci il tədris ili yekunlaşıb. Buna baxmayaraq, məktəblərdən hələ də xoşagəlməz məlumatlar gəlməkdədir. Növbəti tədris ilinə hazırlıq çərçivəsində valideynlərdən bu dəfə də təmir pulu adı altında vəsait toplanır. Paytaxtın bir sıra təhsil müəssisələrində siniflər üzrə müəyyənləşdirilən ümumi məbləğ əsasında hər valideyndən 5-20 manat tələb edilir. Məbləğ məktəbin yerləşdiyi ərazi və təmirə ehtiyac səviyyəsinə uyğun müəyyən edilir.
Maraqlıdır ki, təhsil müəssələrinin təmiri və tikintisi dövlət büdcəsindən maaliyyələşdiyi halda valideynlərdən eyni məqsədlə pul toplanması nəyə xidmət edir? Bu sualımıza cavab tapmaq üçün Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticə verməyib.
İqtisadçı-ekspert Akif Nəsirli isə mətbuata açıqlamasında dövlət büdcəsini təhlil edərək sualı cavablandırıb. Bildirib ki, Azərbaycan Respublikasının “2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təhsil Nazirliyinə ayrılan məbləğ 1 milyard 736 milyondur:
“Təhsil sahəsində digər müəssələr və tədbirlər maddəsinə müvafiq olaraq, dövlət büdcəsindən vəsait ayrılır. 553 milyon 639 milyon manat vəsaitin böyük hissəsi, təxminən 70-80 faizi təmir və tikinti işlərinə ayrılıb. Bu da büdcədən təhsilə ayrılan vəsaitlərin ümumi hissəsinin 32 faizini təşkil edir. Maraqlıdır ki, ötən il təhsil üçün 880 milyon vəsait ayrılmışdı”.
İqtisadçının sözlərinə görə, digər sahələrdə olduğu kimi təhsil sahəsi üçün ayrılan vəsaitdə də yeyinti var: “Bir neçə il öncə maraqlı bir təcrübə ilə qarşılaşdım. Eyni üslubda olan məktəbin biri dövlətin, digəri isə xarici şirkətlərdən birinin vəsaiti hesabına təmir olundu. Xaricilərin maliyyələşdirdiyi təhsil müəssəsi yerli mütəxəssislər tərəfindən təmir olunan məktəbdən 50 faiz ucuz başa gəldi. Məktəbləri tikərkən daha çox vəsait xərclənsə də, keyfiyyət üçün daha az diqqət ayrılır”.
Emtv.az