SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Muxtar respublikada istehlak mallarının ekspertizası diqqət mərkəzində saxlanılır

4-07-2017, 11:29 | Oxunub: 12 445 |

Muxtar respublikada istehlak mallarının ekspertizası diqqət mərkəzində saxlanılır
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində 2008-ci ildən fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət daim diqqətdə saxlanılır.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, cari ilin 6 ayı ərzində mərkəzdə 77 mal çeşidini əhatə edən 1033 səyyar və 1099 halda mal nümunəsi laboratoriya analizindən keçib, aparılmış laboratoriya təhlilləri, əsasən, 773 yerli istehsal məhsullarını və 326 idxal məhsullarını əhatə edib. Həmçinin 429 halda hüquqi və 670 halda fiziki şəxslər tərəfindən daxil olmuş 1099 halda mallardan nümunələr götürülərək kеyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə lаbоrаtоriyаda аnаliz оlunub. Nəticədə, 1092 hаldа məhsulun kеyfiyyət göstəricilərinin nоrmаtiv-tехniki sənədlərin tələblərinə cаvаb vеrdiyi, 7 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib.

Bundan əlavə, qeyd olunan dövrdə “Təchizat” ASC-yə 179,12 ton iribuynuzlu heyvan dərisi məhsulunun Türkiyə Respublikasına ixracı üçün 7 halda, “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-yə 139,957 ton “Lay-lay” vafli məhsulunun Gürcüstan, Türkiyə və İraqa ixracı üçün 6 halda, “Gəmiqaya Şirkəti” MMC-yə 8 min 350 ton sement məhsulunun Gürcüstana ixracı üçün 5 halda, 45,275 ton “Badamlı” mineral suyunun Birləşmiş Ərəb Əmirliklərinə ixracı üçün 2 halda, “Naxçıvan Sement Zavodu” MMC-yə 275 ton qipsolet lövhənin Gürcüstana ixracı üçün 1 halda, Naxçıvan “Şirvanşahlar Xarici Əlaqələr” Assosiasiyasına 5,8 ton PVC ayaqqabı altlığının ölkəmizin paytaxtı Bakı şəhərinə ixrac etməsi üçün 2 halda, “Babək Sirab” ASC-yə 98,381 ton “Sirab” mineral suyunun Türkiyə və İraqa ixracı üçün 4 halda olmaqla, cəmi 81 halda mənşə sertifikatı verilib.

İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən Mərkəzi Qida Sınaq Laboratoriyasının beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, cəmiyyətin Mərkəzi Qida Sınaq Laboratoriyasının 2017-ci il üçün İSO 17025:2005 standartı üzrə beynəlxalq akkreditasiyasının tələblərinin icrası və nəzərdə tutulmuş tədbirlər davam etdirilir. Bu məqsədlə bağlanmış razılıq protokoluna əsasən, bu il sentyabrın 26-27-də LATAK akkreditasiya orqanının ekspertləri tərəfindən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyasının İSO/İEC 17025:2005 standartı üzrə beynəlxalq akkreditasiyası istiqamətində yekun audit yoxlamaları keçiriləcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR