SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Beynəlxalq Sosial Təminat Assosiasiyasında Azərbaycanda aparılan islahatlarla bağlı təqdimat olub

4-07-2017, 09:05 | Oxunub: 5 645 |

Beynəlxalq Sosial Təminat Assosiasiyasında Azərbaycanda aparılan islahatlarla bağlı təqdimat olub

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev və nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Cenevrədə (İsveçrə) keçirilən 115-ci Büro iclasında, BSTA-nın 90 illiyinə həsr olunmuş simpoziumda və bu təşkilatın 10 Avropa ölkəsinin, o cümlədən Azərbaycanın üzv olduğu Avropa Rəhbər Komitəsinin iclasında iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, BSTA-nın Büro iclasında dünyada sosial təminat sahəsində inkişaf meylləri, habelə mövcud olan problemlərə dair müzakirələr aparılıb. Sosial sığorta sisteminin tətbiqində nailiyyətlər əldə edən ölkələrin bu sahədə uğurlu iş təcrübələri diqqətə çatdırılıb, BSTA-ya yeni üzvlərin cəlb olunması barədə təkliflər irəli sürülüb. Həmçinin ötən ay Azərbaycanın da Rəhbər Orqanına üzv seçildiyi Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə BSTA-nın əməkdaşlığına xüsusi önəm verildiyi vurğulanıb. İclasda BSTA-nın Üzvlük Haqları Komitəsinə üzvlərin seçkisi də keçirilib. İ.İsayev də BSTA-nın Üzvlük Haqları Komitəsinin üzvü seçilib ki, bu da BSTA ilə Azərbaycanın uğurlu əməkdaşlığına verilən önəmin əyani göstəricisidir.

BSTA-nın yaradılmasının 90 illiyi çərçivəsində keçirilən simpozium isə “Rəqəmli iqtisadiyyatda sosial müdafiə” mövzusuna həsr olunub. Simpoziumda iqtisadiyyatda sosial təminatın roluna dair bir sıra məruzələr təqdim edilib.

Növbəti tədbir olan BSTA-nın Avropa Rəhbər Komitəsinin iclasında məruzə ilə çıxış edən İ.İsayev Azərbaycanda əmək və sosial müdafiə sahələrində müasir və operativ, səmərəli idarəetmənin formalaşdırılması, xidmət sahələrinin şəffaflaşdırılması və “bir pəncərə” prinsipi üzərində qurulması üçün aparılan islahatları diqqətə çatdırıb. Nazir müavini bu sahələrdə yaradılan avtomatlaşdırılmış sistemlər, o cümlədən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi barədə ətraflı məlumatlar verib. O, ötən ay BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülən bu sistemin əmək bazarına nəzarətin operativ və səmərəli təşkili, bu sahə ilə bağlı dəqiq uçotun aparılması, vətəndaşların əmək və sosial hüquqların təminatına əsas yaratması və s. baxımından üstünlüklərini qeyd edib. Təqdim edilən məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

1927-ci ildə BƏT-in eqidası altında yaradılan BSTA bu gün dünyanın 159 ölkəsindən 322 sosial sığorta və sosial müdafiə təşkilatını özündə birləşdirən, dünyada sosial təminata hərtərəfli dəstək üzrə qlobal kampaniyaya rəhbərlik edən beynəlxalq təşkilatdır. Təşkilat peşəkar rəhbərlik sənədlərinin hazırlanması, ekspert biliklərinin yayılması, xidmətlərin təqdim olunması və dinamik sosial təminat sistemlərinin, sosial siyasətin formalaşması sahələrində dünyanın müxtəlif ölkələrində olan üzv təşkilatlarına dəstəyin göstərilməsi vasitəsilə sosial təminatın idarə olunması standartlarının yüksəldilməsinə şərait yaradır. O, həmçinin hər bir sosial müdafiə, sosial təminat təşkilatına eksklüziv cəmiyyətin üzvü olmaq imkanı yaradır, forumların keçirilməsi və ekspert şəbəkələrinin yaradılması yolu ilə əməkdaşlığa və təcrübə mübadiləsinə dəstək verir.

BSTA-ya üzv təşkilatların maliyyə vəsaitlərinin həcmi 6 trilyon ABŞ dollarından çoxdur. Üç milyondan çox insanın çalışdığı bu təşkilatlar dünyada 3 milyarddan artıq insana xidmət göstərirlər.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 2004-cü ildə BSTA-nın Pekində keçirilən Dünya Sosial Təminat Forumunda ilk dəfə, 2016-cı ilin noyabr ayında Panamada keçirilən Forumunda isə yenidən bu təşkilatın büro üzvü seçilib.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR