SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Qarabağ xalçalarını öz adlarına çıxmağa çalışan ermənilərə rəsmi cavab

3-07-2017, 13:35 | Oxunub: 5 854 |

Qarabağ xalçalarını öz adlarına çıxmağa çalışan ermənilərə rəsmi cavab
Ermənilərə və onların havadarlarına öz real işimizlə cavab vermək üçün bütün imkanlarımız var.

Emtv.az-ın məlumatına görə, bunu trend-ə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov Ermənistanın Tarixi Mühitin və Tarixi-Mədəni Muzey Qoruqların Mühafizəsi Xidmətinin direktoru Ara Tarverdyan və "Karabakh Carpet" şirkətinin rəhbəri Sevak Xaçatryanın Qarabağ xalçalarının erməni xalçaları kimi təbliği və bu xalçalara turistlərin marağını cəlb etmək məqsədilə xüsusi çadır pavilyonlar qurulmasına münasibət bildirərkən deyib.

V.Muradov qeyd edib ki, ermənilərin Azərbaycan xalçaçılığına, xüsusən onun ayrılmaz hissəsi olan Qarabağ xalçaçılığına qarşı iddiası həmişə olub. Bu iddianın tarixi onların Azərbaycanın ərazi bütövlüyünə, tarixi torpaqlarına qarşı iddialarının tarixi qədərdir.

V.Muradov bildirib ki, erməni mətbuatının tez-tez bu məsələni gündəmə gətirməsini təbii hal hesab edir. Bu, onların ideoloji mübarizəsinin bir hissəsidir.

Onlar xalçanın hər bir azərbaycanlı üçün nə demək olduğunu, onun necə bir milli-mənəvi əhəmiyyət kəsb etdiyini yaxşı bilirlər:

"Biz bu prosesi diqqətdə saxlamağa çalışırıq. Belə bir mübarizədə qalib gəlməyin ilkin şərtlərindən biri məhz hazırlıqlı olduğunu nümayiş etdirməkdir. Hesab edirəm ki, biz ermənilərin istər xalçaçılığa, istərsə də hədəf seçdikləri digər milli məsələlərə dair atacaqları addımı, daha doğrusu, vuracaqları zərbəni gözləmək əvəzinə, özümüz əməli fəaliyyətlə məşğul olmalıyıq. Təbliğatımızı düzgün və intensiv şəkildə aparmalıyıq. Xalçaçılıqda həm elmi, həm də iqtisadi və ticari baxımından dünyaya təqdim edəcəyimiz işlərimiz çoxdur. Azərbaycan Milli Elmlər Akdemiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində “Xalçaşünaslıq” sektoru yaradılıb. Burada xalçaçılıq tarix, etnoqrafiya, mədəniyyətşünaslıq, iqtisadiyyat, folklor, mifologiya, psixologiya və s. kimi elmlərin kontekstində kompleks şəkildə öyrənilir. Respublikamızda bu sahəyə dair çoxlu sayda elmi-fundamental nəşrlər işıq üzü görüb. Real tarixi həqiqətləri əks etdirən kitablar, broşürlər yazılıb, filmlər çəkilib. Bu materiallar dünyanın əksər kitabxanalarının elektron bazasına yerləşdirilib. “Azərbaycan xalçaları” elmi-publisistik jurnalı dövri şəkildə Azərbaycan, ingilis və rus dillərində nəşr edilir. Azərbaycan xalçaçılığı ilə maraqlananlar istənilən ölkədə internet vasitəsilə bu imkanlardan istifadə edə bilir”.

V.Muradov əlavə edib ki, əslində, son zamanlar ermənilərin xalçaçılıq sahəsində bu cür canfəşanlığının əsl səbəbi məlumdur.
Onun sözlərinə görə, bu ilin oktyabr ayında V Beynəlxalq Azərbaycan Xalçası simpoziumu keçiriləcək. Həmin vaxtda bütün dünyanın diqqəti məhz Azərbaycanda olacaq, müxtəlif ölkələrdən xalçaşünas alimlər, ekspertlər, kolleksiyaçılar, tacirlər, tarixçilər, etnoqraflar ölkəmizə gələcək:

"Onlar Azərbaycan xalçaçılığının əhəmiyyətini, perspektivlərini, inkişaf imkanlarını müzakirə edəcəklər. Respublikamızda son illərdə bu sahədə görülən işlərlə tanış olacaqlar".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR