SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Fransada “Azərbaycan parkı”nın açılışı olub

3-07-2017, 08:21 | Oxunub: 4 889 |

Fransada “Azərbaycan parkı”nın açılışı olub


Fransanın Evian şəhərində Leman gölü sahilində “Azərbaycan parkı”nın rəsmi açılışı olub.

Heydər Əliyev Fondundan EMTV.az medya məlumatına görə, bu, Fondun təşəbbüsü ilə İsmayıllı və Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində gerçəkləşib.

“Azərbaycan parkı”nın və parkda “Dostluq” bulağının açılışından sonra görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvanın heykəlinin açılış mərasimi olub.

Evian-le-Bənin meri Mark Fransina bu günün İsmayıllı şəhərinə həsr olunduğunu bildirib, iki şəhər arasındakı xartiya çərçivəsində “Azərbaycan parkı”nın, eləcə də Azərbaycanın görkəmli şairəsi Xurşudbanu Natəvanın parkın mərkəzində ucaldılan heykəlinin açılışından şərəf duyduqlarını vurğulayıb. O qeyd edib ki, Xurşudbanu Natəvanın heykəlinin Evyan-le-Bəndə ucaldılması iki şəhər arasında mədəni əlaqələrin, qarşılıqlı dostluğun möhkəmlənməsinə xidmət edəcək.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov isə parkın açılması münasibəti ilə şəhər sakinlərini təbrik edib. O bildirib ki, Azərbaycanın görkəmli şairəsi Xurşudbanu Natəvanın abidəsinin Evyan-le-Bən şəhərində ucaldılması qürurverici haldır. O, İsmayıllıda “Evyan-le-Bən” parkının açıldığını və rayon muzeyində dost şəhərlə bağlı guşənin fəaliyyət göstərdiyini qeyd edib, belə layihələrə göstərdikləri diqqət və qayğıya görə prezident İlham Əliyevə və I vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Heydər Əliyev Fondunun nümayəndəsi Ələkbər Quliyev təmsil etdiyi qurumun iki ölkə arasındakı əlaqələrə böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb və Fondun mədəniyyətimizin təbliği üçün gördüyü işlərdən danışıb. O qeyd edib ki, Fondun dəstəyi ilə bu günədək Parisdə “Azərbaycan şəhərciyi” çərçivəsində mədəniyyət günləri keçirilib, Kann şəhərində ölkəmizin tarixi və mədəniyyətinə həsr olunan tədbirlər təşkil olunub, tariximiz, mədəniyyətimiz, eləcə də milli mətbəximizlə bağlı kitablar fransız dilinə tərcümə edilib. Eləcə də iki xalqın bir-birinin mədəniyyətini daha yaxından tanıması üçün müntəzəm olaraq Fransanın müxtəlif şəhərlərində mədəniyyət tədbirləri keçirilir.

O, “Azərbaycan parkı”nın, “Dostluq bulağı”nın, eləcə də Xurşudbanu Natəvanın abidəsinin açılışında Fondun dəstəyindən söz açıb. Qeyd edib ki, “Azərbaycan parkı”nın və Natəvanın abidəsinin açılışı iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin zənginləşməsinə böyük töhfədir.


Azərbaycanın Fransadakı səfirliyinin iqtisadi və regional məsələlər üzrə müşaviri, müvəqqəti işlər vəkili Elmar Məmmədov ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrdən danışıb. O bildirib ki, artıq iki ölkənin 15 şəhəri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb. Evian-le-Bən ilə dostluq və əməkdaşlıq xartiyası 2015-ci ildə imzalanıb və həmin il İsmayıllıda Evian parkının təməli qoyulub. O, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini bildirərək, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqa töhfələrindən və bu sahədə beynəlxalq səviyyəli platformaya çevrilməsindən söz açıb.

Tədbir iştirakçılarına görkəmli şairə Xurşudbanu Natəvanın anadan olduğu Şuşa şəhəri, Qarabağ bölgəsi haqqında ətraflı məlumat verən natiq qeyd edib ki, iki şəhər arasında dostluğun rəmzi olan “Azərbaycan parkı” qarşılıqlı əməkdaşlığın, eləcə də bütün dünyada multikulturalizm və mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verəcək. O, iki ölkə arasındakı mədəniyyət əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrə görə I vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Tədbir iştirakçıları Xurşudbanu Natəvanın heykəlinin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevə yaratdıqları bu ecazkar əsərə görə təşəkkür ediblər. Sonda xanəndə Günay İmamverdiyeva əməkdar artist Toğrul Əsədullayevin (kamançada) və Rövşən Qurbanovun (tarda) müşayiəti ilə “Şuşanın dağları” xalq mahnısını və “Azərbaycan” mahnısını ifa edib

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR