18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
AZƏRBAYCANIN HORADİZ VƏ FRANSANIN ALTKİRCH ŞƏHƏRLƏRİ ARASINDA DOSTLUQ XARTİYASI İMZALANIB
Azərbaycanın Horadiz və Fransanın Altkirch şəhərləri arasında dostluq xartiyası imzalanıb
Fransanın Alzas-Şampan-Arden-Loran regionunun Altkirch şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı Jean-Luc Reitzer Horadiz şəhərində olub.
"EMTV.az" xəbər verir ki, Jean-Luc Reitzer, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və ictimaiyyət nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin Horadiz şəhərindəki abidəsizi ziyarət edərək, önünə gül dəstələri qoyublar. Heydər Əliyev Mərkəzi, “Şəhidlər” abidə kompleksi, Dövlət Bayraq Meydanı, Füzuli Dövlət Dram Teatrı, Şahmat məktəbi ilə tanış olan qonağa Horadiz şəhərinin müasir inkişafı barədə məlumat verilib. Sonra Horadiz şəhərində Altkirch şəhərinin adı verilmiş küçənin açılışı olub.
Şəhərdəki orta məktəb, körpələr evi-uşaq bağçası və tarix-diyarşünaslıq muzeyi ilə tanışlıq Avropalı deputat üçün maraqlı olub. Məktəblilər qonağı fransızca salamlayıb, Fransa, Altkirch şəhəri barədə danışıblar. Məktəbin foyesində şagirdlərin əl işləri nümayiş olunub.
Horadiz şəhərindəki tarix-diyarşünaslıq muzeyində olan Jean-Luc Reitzer burada yaradılmış Fransa guşəsinə, ibtidai dövr, tunc dövrü, orta əsrlər, yeni və ən yeni dövrlərə aid bölmələrdə nümayiş etdirilən eksponatlara, Azıx mağarasının, dəmirçi emalatxanasının və etnoqrafik komanın maketlərinə, ibtidai dövrdə istifadə olunan məişət və əmək alətlərinə, Qarabağ xalçalarına maraqla baxıb. Bildirilib ki, nümayiş olunan eksponatlar vaxtilə Füzuli rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib. Qonağa Füzuli rayonu haqqında buklet, kitab və fotoalbom hədiyyə edilib.
Füzuli Rayon İcra Hakimiyyətində Horadiz və Fransanın Altkirch şəhərləri arasında dostluq xartiyası imzalanması mərasimi keçirilib. İctimaiyyət nümayəndələrinin də iştirak etdiyi mərasimdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Fransa və Azərbaycan arasındakı dostluq münasibətlərindən danışıb, Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Azərbaycan-Fransa münasibətlərinə, iki dost ölkə arasında əməkdaşlığın inkişafına böyük önəm verdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, Horadiz və Altkirch şəhərləri arasında imzalanan dostluq və əməkdaşlıq xartiyası Azərbaycanla Fransa arasında mövcud olan gözəl əməkdaşlığın nəticəsidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Alı Alıyev bildirib ki, işğaldan əvvəl rayonda 1 şəhər, 1 qəsəbə, 82 kənd olub. Füzuli şəhəri və rayonun kəndləri 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib. Bu yerlərin sakinləri öz doğma yurd-yuvasından didərgin düşərək, respublikanın 58 rayonunda məskunlaşıb. İşğal olunmuş yaşayış məntəqələri erməni quldurları tərəfindən talan edilib, dağıdılıb və yandırılıb. Müharibə zamanı rayon üzrə 657 nəfər şəhid olub, yüzlərlə insan sağlamlığını itirib, 181 nəfər itkin və girov düşüb. Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş ərazilərin azad olunması ilə bağlı BMT-nin 4 qətnaməsi hələ də icra edilməyib.
1994-cü ilin yanvarında rayonun 21 yaşayış məntəqəsini və Horadiz qəsəbəsini işğaldan azad etmək mümkün olunub. Bu ərazilərdə infrastrukturun bərpasına başlanılıb. Məcburi köçkünlər üçün 16 qəsəbə salınıb, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri, evlər, sosial obyektlər yenidən tikilib və bərpa olunub. Müharibə zamanı dağıdılmış Horadizdə geniş bərpa-yenidənqurma, abadlıq-qurucluq işləri aparılıb. Görülən işlər sayəsində Horadiz bu gün gözəlliyi ilə seçilən abad bir şəhərə çevrilib.
Altkirch şəhərinin meri Jean-Luc Reitzer səmimi və mehriban münasibətə görə minnətdarlıq edib, Horadiz və Alkirch şəhərlərini birləşdirən ümumi amillərdən, onların oxşar tarixindən, qonşu ölkələr tərəfindən işğala məruz qalmasından danışıb. Bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayon, o cümlədən Füzuli rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Alzas regionu da vaxtilə analoji işğala məruz qalıb.
Fransalı deputat ədalətin və beynəlxalq hüququn bərqərar olacağına, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetiriləcəyinə, Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyinə inamını ifadə edib.
Azərbaycanın regionun sabitliyi və təhlükəsizliyi üçün vacib ölkə olduğunu deyən Avropalı qonaq imzalanan sazişin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə, sülh və qardaşlığa töhfə verəcəyini bəyan edib. Bildirib ki, hər iki şəhər təhsil, mədəniyyət, idman, sosial, kənd təsərrüfatı sahələrində sıx əməkdaşlıq edəcək.
Altkirch şəhərinin meri Jean-Luc Reitzer və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev iki şəhər arasında dostluq və əməkdaşlıq xartiyasını imzalayıblar.
Sonra Muğam Mərkəzində konsert proqramı nümayiş olunub. Füzuli rayon icra hakimiyyətinin başçısı Altkirch şəhərinin merinə Azərbaycanın milli musiqi aləti olan tar və kəlağayı hədiyyə edib.
Fransalı deputat Füzuli Tibb Mərkəzində də olub, burada ürək əməliyyatı keçirmiş uşaqlarla söhbət edib.