SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Lerikdə taxıl zəmiləri məhv olmaq üzrədir- İCRA HAKİMİYYƏTİ VƏ KƏND TƏSƏRÜFATI NAZİRLİYİ MÜRACİƏTLƏRƏ ƏHƏMİYYƏT VERMİR

1-07-2017, 11:56 | Oxunub: 12 739 |

Lerikdə taxıl zəmiləri məhv olmaq üzrədir- İCRA HAKİMİYYƏTİ VƏ KƏND TƏSƏRÜFATI NAZİRLİYİ MÜRACİƏTLƏRƏ ƏHƏMİYYƏT VERMİR
Ölkədə taxıl yığımının qızğın çağı olsa da, Kənd Təsərrüfatı Nazirliyi hər il olduğu kimi, bu il də taxıl biçiminə və məhsulun vaxtında, itkisiz toplanmasına hazır deyil. Texnika, xüsusən də taxılbiçən kombayınların çatışmamazlığı nəticəsində sahələrdəki məhsullar itkiyə səbəb olur və bununla da vətəndaşlara ciddi ziyan dəyir. Hava şəraitinin qeyri-sabit keçməsi, məhsulun vaxtında yığılmaması və heyvanların taxıl sahələrinə girməsi nəticəsində fermerlərə və fiziki şəxslərə çox ciddi ziyan vurmaqla yanaşı, itkiyə yol açır. Bu proses davam etməkdədir. Nə yerli icra hakimiyyəti orqanları, nə də Kənd Təsərrüfatı Nazirliyi, nə Aqrolziinq təşkilatı məhsulun vaxtında yığılması istiqamətində ciddi addımlar atmır. Bu proses daha çox dağ və dağətəyi rayonlarda müşahidə olunmaqdadır. Bəzi dağ rayonlarında isə əkin sahəsi az olan insanlar taxılın itkiyə getməməsi və ciddi ziyan dəyməməsi üçün keçmiş üsulla, əl ilə yığmaq zorunda qalıblar. Onlar əkin sahələrini dəryaz, oraq və çinlə biçərək taxıllarını toplayırlar. Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyatı qurumlar yığıma hazır olduqlarını bəyan etsələr də reallaıq bunun tam əksini göstərir. Fermerin və ya kəndçinin indiki mərhələdə bir gün vaxt itirməsi isə xeyli miqdarda məhsul itikisi deməkdir. Bu da fermer və kəndçidə əkinə olan marağı azaldır.

Taxıl yığımı ilə bağlı yaranan problemlə bağlı Lerik rayon sakinlərindən mətbuata daxil olan məlumat yuxarıda dediklərimizi bir daha sübut edir.

Belə ki, Lerikin Vistən, Birkandul, Rəzəvul, Nüvədi və digər kənd sakinləri taxılbiçən kombaynlarının olmaması nəticəsində əkinlərini yığa bilməməsindən və taxıl əkin sahələrində məhv olmasından ciddi narahatçılıq keçirdiklərini dilə gətiriblər.
Adı çəkilən kənd sakinləri yaranmış vəziyyətlə bağlı Lerik Rayon İcra Hakimiyyətinə, rayon kənd təsərrüfatı idarəsinə, yerli icra nümayəndəsinə, bələdiyyə rəhbərliyinə dəfələrlə etdikləri müraciətlər isə nəticəsiz qalıb.
Lerik RİH və aidiyyatı orqanları texnika həddən ziyadə az olduğundan kəndiçələrə yardım edə bilməyəcəkləri cavabını veriblər.
Yerli icra hakimiyyəti orqanlarından nəticə olmadığından problemin tezliklə aradan qaldırılması məqsədi ilə iyulun 1-də məcburiyyət qarşısında qalaraq Prezident Administrasiyasına müraciət ünvanlayıblar.


Problemlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxlanılıb. O, bildirib ki, vəziyyəti öyrənib geniş məlumat verəcəyini desə də, ondan xəbər çıxmır. İki gündür ki, onunla əlaqələrimiz də nəticə vermir. Belə ki, edilən zənglərə cavab verilmir.

Vaxt isə gedir. Hər səhəri ümidlə açan Lerik kəndlərinin əhalisi bu, dərdlərinə əlac edə biləcək və məhsullarını əkin sahələrindən yığmağa yardımçı olacaq bir şad xəbər gözləyirlər. Gözləri yollara dikilən məyus vəziyyətə düşən kəndçilərin ümid işığı isə getdikcə sönməkdədir. Onlar deyir ki, əgər bir neçə gün ərzində dərdimizə əlac tapılmazsa, o zaman sahələrdəki taxıl tamamilə məhv olacaq və məhsul ələ gəlməyəcək. Bir yandan dağ rayonu olan Lerikdə havalarında qeyri-sabit keçməsi, digər tərəfdən heyvanların əkin sahələrinə ziyan vurması məhsulu məhv edir. Odur ki, aidiyyatı qurumlar təcili olaraq bizə yardım edib, gözümüzü dikdiyimiz qış azuqəmizin və ehtiyatımızın sahələrdən tezliklə yığılmasına bir çarə qılsınlar.

Bir daha qeyd edirik ki, bu vəziyyət təkcə Lerikdə deyil, respublkanın digər rayonlarında da müşahidə olunmaqdadır.

Lerikdə taxıl zəmiləri məhv olmaq üzrədir- İCRA HAKİMİYYƏTİ VƏ KƏND TƏSƏRÜFATI NAZİRLİYİ MÜRACİƏTLƏRƏ ƏHƏMİYYƏT VERMİR

Lerikdə taxıl zəmiləri məhv olmaq üzrədir- İCRA HAKİMİYYƏTİ VƏ KƏND TƏSƏRÜFATI NAZİRLİYİ MÜRACİƏTLƏRƏ ƏHƏMİYYƏT VERMİR

Lerikdə taxıl zəmiləri məhv olmaq üzrədir- İCRA HAKİMİYYƏTİ VƏ KƏND TƏSƏRÜFATI NAZİRLİYİ MÜRACİƏTLƏRƏ ƏHƏMİYYƏT VERMİR

Lerikdə taxıl zəmiləri məhv olmaq üzrədir- İCRA HAKİMİYYƏTİ VƏ KƏND TƏSƏRÜFATI NAZİRLİYİ MÜRACİƏTLƏRƏ ƏHƏMİYYƏT VERMİR


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR