17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Qazın qiyməti QALXACAQ
"Gürcüstanda istifadə olunan enerji resurslarının, xüsusən də təbii qazın qiymətləri dövlət tərəfindən tənzimlənir. Biz, dünya bazarında qiymətlərin dəyişməsi, milli valyutanın devalvasiyası və digər amillər ilə əlaqədar təkliflər verə bilərik”.
Emtv.az xəbər verir ki, bu sözləri report-un Gürcüstan bürosuna müsahibəsində "SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov söyləyib. M.Məmmədov deyib: "Gürcüstanda təbii qaz həm kommersiya, həm də sosial istiqamətlərdə istifadə olunur. Sosial istiqamətli təbii qazın qiyməti dövlət və maraqlı şirkət tərəfindən mühafizə olunaraq tənzimlənir. SOCAR 6 ildən çoxdur ki, Gürcüstanda investisiya siyasəti aparır. Bu ilin sonunadək SOCAR investisiyanın həcmini 250 milyon dollara çatdıracaq. Bu, öhdəlikdir və bu il sona çatır. Biz bu proqramı tam həcmdə yerinə yetiririk. Eyni zamanda, ölkədə, obyektiv maliyyə prosesləri gedir və bunların hamısı milli valyutanın devalvasiyasına səbəb olur. Bunun nəticəsi olaraq istehlak qiymətlərində mütləq düzəliş olunmalıdır. Bu, dövlət neft şirkətinin istəyi deyil, Gürcüstan dövlətinin yanacaq və energetika sahəsində tənzimləyici orqanının tələbidir”.
"Bizim investisiya indeksimiz həm də, milli valyutanın devalvasiya amilləri nəzərə alınmaqla hesablanıb və dövlət tərəfindən bir qiymət müəyyən olunub. İndi, dövlət nə qərar çıxaracaqsa, biz də ona tabe olacağıq və gələcək siyasətimizi ona uyğun davam etdirəcəyik”, - deyə, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri bildirib. Gürcüstanda fəaliyyət göstərən dörd şirkət – "Qaz nəqli şirkəti”, "SOCAR Georgia Gas”, "Qruzqorqaz” və "Kaztransqaz” şirkətləri təbii qazın tarif qiymətinin artırılması ilə bağlı hökumətə müraciət edib. Şirkətlər Gürcüstan milli valyutasının ucuzlaşmasının investisiya mühitinə təsirinə əsas səbəb kimi göstərirlər. Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze təbii qazın qiymətinin artmasının mümkünlüyünü qeyd edib. Gürcüstanın Tarif Komissiyasından bildiriblər ki, şirkətlərin təkliflərinin əksəriyyəti öyrənilib və yaxın günlərdə məsələyə münasibət bildiriləcək.
Emtv.az