SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

DTX GÖMRÜK RƏİSİNİ HƏBS ETDİ – Xaricə dollar daşıyan dəstə ifşa edildi

1-07-2017, 07:57 | Oxunub: 11 636 |

DTX GÖMRÜK RƏİSİNİ HƏBS ETDİ – Xaricə dollar daşıyan dəstə ifşa edildi
Azərbaycan-Gürcüstan sərhədindəki Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənov saxlanılıb. Onun iş yerində, maşınında və evində axtarış aparılıb. Verilən məlumatlara görə, əməliyyatı Dövlət Təhlükəsilzik Xidmətinin əməkdaşları gerçəkləşdirib. İddia olunur ki, M.Həsənovun maşınından 100 min, Ağstafadakı evindən isə 800 min dollar götürülüb. Əməliyyat zamanı gömrük postunun rəisi ilə yanaşı, bir neçə qaçaqmalçı da saxlanılıb. Həmin şəxslərin mütəmadi olaraq Azərbaycandan Gürcüstana və geriyə qaçaqmal daşıdıqları, əsasən ölkədən böyük məbləğlərin çıxarılması ilə məşğul olduqları haqda məlumatlar var.

Emtv.az musavat.com-a istinadən xəbər verir ki, M.Həsənovun həmin şəxslərə dəstək verdiyi haqda çox ciddi məlumatlar olduğundan məsələ araşdırılıb və əməliyyatın gerçəkləşdirilməsi qərarı verilib. Əməliyyat zamanı M.Həsənovla yanaşı, 4 şəxs də tutulub. Həmin şəxslərin Gəncə sakinləri olduqları da bildirilir. Hazırda M.Həsənov istintaqa cəlb olunsa da, barəsində həbslə əlaqəli olmayan tədbir seçilib. 4 Gəncə sakini isə həbsdədir.
DTX GÖMRÜK RƏİSİNİ HƏBS ETDİ – Xaricə dollar daşıyan dəstə ifşa edildi
Tutulanlar ölkədən külli miqdarda pul vəsaitlərini – əsasən dollar şəklində çıxarıb və ölkəyə qaçaq yolla mobil telefon, psixotrop maddələr daşıyıblar. Ağstafada dolaşan söhbətlərdən belə aydın olur ki, M.Həsənov ona etibar edilən postdan tez-tez öz şəxsi maraqları üçün istifadə edib. Onun tapşırığı əsasında istənilən maşın heç bir yoxlama aparılmadan Gürcüstan ərazisinə adlaya bilib. Gürcüstan tərəfindəki postdan belə həmin maşınların yoxlamasız keçməsini M.Həsənov təmin edə bilirmiş. İddialara görə, M.Həsənovun özünün xüsusi maşınları olub. Həmin maşınlar Gürcüstana və geriyə heç bir yoxlamadan keçmədən sərbəst hərəkət edə bilirmiş. Həmin maşınlar vasitəsilə daşınınların nədən ibarət olmasını istintaq araşdırır.

Qeyd edək ki, 2013-cü ilin sentyabrında Gürcüstan-Ermənistan sərhədindəki Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi Kaxaber Musenidze saxlanılmışdı. Məntəqə rəisi Kaxaber Musenidze vəzifəsindən sui-istifadə ittihamı ilə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdu. Həmin dövrdə yayılan məlumatlarda bildirilirdi ki, istintaq nəticəsində gömrük-buraxılış məntəqəsinin növbə rəisi Kaxa Arçvadze də cinayət məsuliyyətinə cəlb edilib. “İstintaqın gedişi zamanı məlum olub ki, 2013-cü il sentyabrın 21-də Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi Kaxaber Museridzenin tapşırığı ilə məntəqənin növbə rəisi Kaxa Arçvadze vəzifəsinin icrası zamanı müvafiq gömrük və baytarlıq sənədləri olmadan satış məqsədilə müxtəlif növ dekorativ quşlar yüklənmiş və ümumi dəyəri 10 min 103 lari (6 min dollara qədər) olan, iş adamına məxsus avtomobili gömrük yoxlama və nəzarəti olmadan buraxıb”, deyə nazirliyin məlumatında bildirilirdi.
DTX GÖMRÜK RƏİSİNİ HƏBS ETDİ – Xaricə dollar daşıyan dəstə ifşa edildi
Qeyd edək ki, M.Həsənov YAP-ın Siyasi Şurasının üzvü Məlahət İbrahimqızının (Həsənova) qardaşıdır.

Xəbərlə bağlı rəsmi mövqeləri də öyrənməyə çalışırıq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR