18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Milli Məclisdə Azərbaycan-Bolqarıstan əlaqələri müzakirə olunub
İyunun 30-da Milli Məclisdə iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizdə səfərdə olan Bolqarıstan parlamentinin nümayəndə heyəti ilə görüşüb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, görüşdə Ziyad Səmədzadə Azərbaycan ilə Bolqarıstan arasında hər zaman yaxşı əlaqələrin olduğunu vurğulayıb. Bu əlaqələr müxtəlif sahələrdə inkişaf edir, ölkələrimiz bir-birinə daha da yaxınlaşır.
Z.Səmədzadə qeyd edib ki, müxtəlif sahələrdə əməkdaşlıq, inkişafa doğru irəliləyişlər hər iki ölkənin qarşılıqlı münasibətinin qurulmasına müsbət təsir göstərir.
Səhiyyə, iqtisadiyyat, kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində ikitərəfli əlaqələrin inkişaf etdiyini bildirən komitə sədri ölkələrimiz arasında digər sahələrdə də əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.
Büdcə və Maliyyə üzrə komissiyanın sədri Menda Stojanov müxtəlif sahələrdə olan əməkdaşlığın Azərbaycan və Bolqarıstan arasında əlaqələrin vacib hissəsini təşkil etdiyini söyləyib. Bildirib ki, bu əməkdaşlıq ölkələrimizin daha da yaxınlaşmasına şərait yaradıb. O, birgə fəaliyyətin öz bəhrəsini verəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri barədə müzakirələr aparılıb.
EMTV.az