SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Natiq Əliyevdən sonra: Energetika Nazirliyi SOCAR-a birləşdirilir

29-06-2017, 14:19 | Oxunub: 16 157 |

Natiq Əliyevdən sonra: Energetika Nazirliyi SOCAR-a birləşdirilir
Mərhum nazir Natiq Əliyevin vəfatından sonra Energetika Nazirliyinin SOCAR-a birləşdirilməsi planı sürətlənə bilər.

Emtv.az-ın yerli mətbuata istinadən əldə etdiyi məlumata görə, nazirliyin neft şirkətinə birləşdirilməsi çoxdan nəzərdə tutulurdu.

Amma N.Əliyevin peşəkar və şəffaf fəaliyyətinə görə bu struktur islahatına gedilmirdi. Hətta mərhum nazir yaşasaydı, bu struktur dəyişikliyinin gerçəkləşməsi uzun müddət ertələnə bilərdi.

Taleyin işi elə gətirdi ki, mərhum nazir qəfil dünyasını dəyişdi. İndi onun vəzifələrini müavinləri icra edir. Hələlik nazirlikdə kimin N.Əliyevin yerinə gətiriləcəyi barədə qeyri-müəyyənlikdir.


Çox güman ki, onun 40 mərasimi olandan sonra nazir postuna təyinat olacaq. Amma gələn bilgilər daha çox nazirliyin ləğv edilərək SOCAR-a birləşdiriləcəyini söyləyir. Energetika Nazirliyində də kütləvi ixtisarların olacağı barədə xəbərlər gəlməkdədir.

Nazirlikdən sızan məlumata görə, nazirliyin “Dövlət Enerji Nəzarəti” İdarəsi və “Dövlət Qaz Nəzarəti” İdarəsində ixtisarlar gedəcəyi gözlənilir.

Məlumata görə, bu nazirliyin funksiyalarının bir qisminin Dövlət Neft Şirkətinə (SOCAR) verilməsi, o cümlədən İqtisadi İnkişaf Nazirliyinin bazasında Yanacaq-Energetika Departamentinin formalaşdırılması ideyası gündəmə gəlib.

Postneft dövrünün başlanması artıq bu qurumun lazımsızlığını şərtləndirib. Hakim dairələrdə gedən müzakirələrə görə, bu nazirliyin fəaliyyəti həm büdcəyə israfçılıqdır, həm faydalılıq əmsalı aşağıdır. Bu nazirliyin ləğvi barədə təkliflərdən birini də deputat Zahid Oruc vermişdi.

O, parlamentdə belə deyib: “Energetika Nazirliyi nəyə lazımdır ki? SOCAR onun səlahiyyətlərini yerinə yetirir. Natiq müəllim təcrübəli kadrdır.
Ölkənin neft strategiyasının həyata keçirilməsində mühüm rol oynayıb. Amma indiki durumda ayrıca bir nazirliyə ehtiyac yoxdur”.


Onu da yada salaq ki, Azərbaycanda bir neçə enerji qurumunun birləşdirilməsi təklif olunur.

İddialara görə, “Azəristiliktəchizat” ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti, “Azərenerji” ASC, “Azərişıq” ASC, Bakı Enerji Tikinti ASC, "İstilik enerji istehsalat" MMC bir vahid mərkəzə çevrilə bilər. Bu qurumların ayrı-ayrılıqda fəaliyyəti büdcəyə israfçılıq kimi qiymətləndirilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR