SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Ölüm cəzası da verilsə, razıyam"- 6 tələbəni öldürən sürücü

29-06-2017, 11:03 | Oxunub: 10 223 |

"Ölüm cəzası da verilsə, razıyam"- 6 tələbəni öldürən sürücü
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən mikroavtobus sürücüsü Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İclasa hakim Novruz Kərimov sədrlik edib.

Zərərçəkmiş Eynulla Muradov övladının dünyasını dəyişməsi ilə bağlı dəymiş maddi və mənəvi ziyana görə, təqsirləndirilən şəxsdən 122 min manat təzminat tələb edib.

Prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən N.Hüseynov özünü təqsirli bilib. N.Hüseynov deyib ki, həmin tələbələrlə bir ailə kimi olub:

"Həmin uşaqlarla şəxsi qərəzim olmayıb, onlara dayı olmuşam. Mənə ölüm cəzası da verilsə, razıyam. Bu hadisə ehtiyatsızlıqdan baş verib. Bu hadisəni heç vaxt özümə bağışlamayacağam. Həmişə vicdan əzabı çəkəcəyəm. Martın 9-da da - hadisə baş verən gün hər zaman olduğu kimi, uşaqlar maşına mindi və yola çıxdıq. Mən elə bil yuxuda idim, heç nə düşünmürdüm. Tələbələrdən biri qışqıranda artıq ayıldım və maşını döndərməyə cəhd etdim. Çox adam yaralandı. Yalnız bir nəfər - Çinarə adlı tələbə dünyasını dəyişmişdi".

Prosesdə məlum olub ki, N.Hüseynov mikroavtobusu etibarnaməsiz idarə edib və o, normadan artıq sərnişin daşıyıb. O da məlum olub ki, N.Hüseynov 14 nəfərlik sərnişin daşımalı olduğu halda, mikroavtobusa 27 sərnişin götürüb.

Prosesdə zərərçəkmiş şəxslər də ifadə verib.

Məhkəmə prosesi iyulun 4-də davam etdiriləcək.

Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 21 tələbə yaralanıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR